Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-08-2022, 08:31)
Mənzil bazarında bahalaşma olacaq

 Son zamanlar dünyada baş verən proseslər Azərbaycana da təsirsiz ötüşməyib. Kəskin qiymət artımının müşahidə olunduğu sahələrdən biri də tikinti bazarıdır.
Maraqlıdır, payız aylarında mənzillərin və torpaqların bahalaşması gözlənilirmi?
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikinti materiallarının qiymətlərinin artması ilə əlaqədar olaraq mənzil bazarında bahalaşma davam edir:
"Ümumilikdə mənzil bazarında bahalaşma müşahidə olunur və bunun payız aylarında da davam edəcəyi gözlənilir. Qeyd edim ki, hazırda tikinti şirkətləri pilot layihələrə daha çox önəm verir. Yəni, köhnə beşmərtəbəli binaların yerində yeni binaların inşası üstün tutulur. Çünki artıq Bakıda yer məhdudiyyəti var, yaşayış üçün yararlı torpaq sahələri də məhduddur. Belə olan halda isə xərclər artır. Nəticədə yeni tikiləcək binalarda mənzillərin qiyməti yüksək olur".

Ekspert bildirir ki, əvvəlki illərdə tikilən və hələ də satışı davam edən binalarda mənzillərin qiyməti dəyişməsə də, onlarla yanaşı ərazilərdə tikilməkdə olan binalarda qiymət fərqini aşkar şəkildə görmək mümkündür:
"Bunun da səbəbi tikinti xərclərinin artması, normativlərin daha da sərtləşməsidir".
Nəinki yeni tikililərdə, o cümlədən sökülmə ehtimalı olan binalarda da qiymətlər qalxıb
Ekspert onu da deyir ki, sökülmə ehtimalı olan köhnə, qəzalı binalarda qiymətlərdə artım var:
"Əslində başqa ölkələrdə belə qəzalı binalarda mənzillərin qiymətləri real dəyərindən 50 faiz daha aşağı olur. Azərbaycanda isə başqa tendensiya müşahidə olunur. Belə ki, Azərbaycanda mənzil almaq istəyənlər qəzalı binalara daha çox üstünlük verirlər ki, yaxın gələcəkdə həmin binalar söküldükdə yeni tikilidə ev sahibi olsunlar".

Qəzalı vəziyyətdə olan binalarda mənzillər neçəyə satılır?
Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəzalı bina olaraq adları açıqlanan bir neçə binada qiymətlərlə maraqlandıq.
Belə ki, hazırda paytaxtın Nərimanov rayonu, Mayakovski küçəsi 17 ünvanında yerləşən 4 mərtəbəli binanın 4-cü mərtəbəsində 67 kv olan 3 otaqlı mənzilin qiyməti 115 min manatdır. Bu o deməkdir ki, həmin mənzilin hər kvadrat/metrinin qiyməti 1 716 manatdır.

Qəzalı hesab edilən, Nərimanov rayonu Ağasadıq Gəraybəyli küçəsində yerləşən köhnə tikilidə isə sahəsi 60 m² olan ikiotaqlı mənzil 103 min manata təklif olunur.
Digər qəzalı bina olan, Bakı şəhəri, Binəqədi Rayonu, Koroğlu Rəhimov küçəsi 53 ünvanında yerləşən köhnə tikilidə 19 kv olan 1 otaqlı mənzilin qiyməti 36 min manatdır.
Ekspert onu da bildirir ki, hazırda bazardakı alıcıların 70 faizi kreditlə mənzil alanlardır.
Sosial mənzil layihələri barədə E.Fərzəliyev qeyd edir ki, bu mənzillərdə hər kvadrat/metrə görə qiymət artıq 2 min manata yaxınlaşır.
İpoteka və Kredit Zəmanət Fondunun təqdim etdiyi mənzillərə görə aylıq və ilkin nə qədər ödəniş tələb olunur?
Fondun saytında yerləşdirilən kalkulyatordan istifadə etməklə qiymətləri təqdim edirik:
Bakının Lütfizadə küçəsində fond tərəfindən təqdim olunan küçədə inşa olunan binada 123.8 kv-lıq 300 aylıq kirayə müddəti ilə verilən mənzilə görə ilkin olaraq 10 586 manat ödəniş tələb olunur. Aylıq kirayə haqqı isə 882.17 AZN-dir.

Xırdalanda isə 2 otaqlı, 103 kv 300 aylıq kirayə müddəti olan mənzil üçün ilkin olaraq 8 202 manat ödəniş tələb olunur. Aylıq ödəniş isə 683.55 manatdır.
Qeyd edək ki, Gəncə prospekti, Nəsrəddin Tusi küçəsi, Adil Məmmədov küçəsində, Masazır qəsəbəsində yerləşən tikililərdən satışa çıxarılan mənzillər artıq bitib. Hazırda Mehdi Abbasov küçəsində yerləşən binada isə yalnız 4 otaqlı mənzillər qalıb.
 //sputnik.az//шаблоны для dle 11.2

Xəbər lenti
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
4 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024