Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (13-05-2022, 14:52)
Bakıda yeni tikililərdəki mənzillər bahalaşmaqda davam edəcək? – Ekspert səbəbləri AÇIQLADI

 Bakıda yeni tikililərdə evlərin qiyməti sürətlə bahalaşır. Hətta qiymətlər o qədər yüksəlir ki, yeni evlənən şəxslər ya kirayədə qalır, ya da köhnə tikililərdən mənzil almağa məcbur olurlar.

2021-ci ilin aprel ayından 2022-ci il aprel ayına kimi olan müddətdə Azərbaycanın yeni mənzil bazarında aylıq 26,47, illik isə 52,65 faiz artım baş verib.
Mediatv.az xəbər verir ki, Bizim.Media-nın mövzu ilə bağlı sualını cavablandıran əmlak üzrə ekspert Nüsrət İbrahimli söyləyib ki, yeni tikilən mənzillərdə qiymət artımı tikinti materiallarının idxalı və daxildəki enerji daşıyıcıları və əmək haqqlarının artmasından asılı olaraq dəyişir:

“Bu amillər tikintidə maya dəyərinin artmasına səbəb olur və maya dəyəri artdığı üçün təbii ki, satış qiymətləri də artır. Ötən ilin tikinti materialları qiymətləri ilə müqayisə aparsaq görərik ki, daşın qiyməti 9,09, dəmir 20,83, taxta 15, sementin qiyməti 9,02 faiz artıb. Yeganə artmayan tikinti materialı qumdur”.

Nüsrət İbrahimlinin fikrincə, tikinti materiallarını həm Azərbaycan özü istehsal edir, həm də xaricdən alır. Qiymət artımlarındakı kəskin fərqlər də məhz bununla bağlıdır.

Ekspert qiymət artımına bankların apardığı kredit siyasətinin də təsir etdiyini bildirib:

“1970 –ci ilə kimi tikilmiş mənzillərin alınmasına heç bir bank kredit vermir. Həmçinin sığorta şirkətləri onların plan üzrə söküləcəyindən ehtiyat edərək belə mənzilləri sığortalamaqdan da imtina edirlər. Belə olduğu təqdirdə müştərilərin yeni tikililər almaqdan başqa çıxış yolları qalmır. Bu tələbat da yeni tikililərin qiymətində kəskin artıma səbəb olub”.

Ekspert tələbatın artmasında siyasi amillərin də rol oynadığını qeyd edib. Nüsrət İbrahimlinin fikrincə, müharibə səbəbindən Rusiyadan, Ukraynadan soydaşlarımızın geri dönməsi də əmlak bazarında qiymətlərə təsir edib.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025