Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (11-08-2022, 08:38)
Səfər Mehdiyevin ZƏFƏRİ NƏ İŞLƏR ÇEVİRİR?

 …Təzəlikcə sosial şəbəkələrdə maraqlı bir video yayılıb. Deməli, Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən qovulan Səfər Mehdiyevin qılıncının dalı da, qabağı da kəsən vaxtları, yəni bu ilin mart ayında öz bahalı maşınında qadağan olunmuş siqnaldan istifadə etdiyinə görə DYP inspektoru onu saxlayır… Bunlar videoda əks olunub. Düzdür, S.Mehdiyevin, ancaq ayaq hissəsi çəkilib, amma onun səsini kim tanımır ki, maşından düşən kimi yol polisini “ə, nə həyasız adamasan, ə, maşının nömrəsi sənə bəlli deyil? Sirena vermirəm sənə? General-polkovniki saxlayırsan?”-deyərək inspektoru təhqir edir. Hələ üstəlik, DYP maşınının bort nömrəsini də soruşur. DYP əməkdaşı maşının bort nömrəsini elan edərək belə deyir: “Cənab general, nömrədə yazılmır axı, bunu kimdir sürən. Əmr ediblər ki, belə siqnal olmaz!”

Aldığımız məlumata görə, həmin DYP əməkdaşına S.Mehdiyev töhmət də verdirib. Bu video Səfər Mehdiyevin qanunlara necə tüpürdüyünün göstəricisidir. Deməli, S.Mehdiyev gömrüyün sədri olanda da qanunları beləcə ayaqlar altına atıb. Eyni zamanda gömrükdə müxtəlif vəzifələrə elə adamları tapıb yerləşdirib ki, onlar da göydə Allahı, yerdə qanunları heç vaxt tanımayıblar. Çünki gömrüyümüzün başında qanunu pozan Səfər Mehdiyev oturmuşdu...

***

ƏVVƏLİ BURADA: Zəfər Məmmədov “İpək yolu” Gömrük postuna necə rəis təyin edilib? - İLGİNC FAKTLAR

DAVAMI:

Bizə verilən məlumatlar sırasında deyilir ki, Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” Gömrük postu ən gəlirli bir yerdir. Belə gəlirli yeri isə, hər adama tapşırmaq olmaz. Ona görə də, 2017-ci ildə sabiq DGK sədri Aydın Əliyev tərəfindən korrupsiya əməllərinə yol verdiyi üçün Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən qovulmuş və müfəttiş vəzifəsində işləmiş Zəfər Məmmədov 2021-ci ildə heç bir məhkəmə qərarı olmadan Səfər Mehdiyev tərəfindən “İpək yolu” Gömrük postuna rəhbər təyin edilmişdir. Halbuki işə yenidən bərpa olunmaq üçün Məhkəmə qərarı ilə həmin maddə ləğv edilməli idi və bundan sonra vətəndaş işə bərpa oluna bilərdi. Bu, isə olmayıb. Görünür S.Mehdiyev Zəfər Məmmədov kimi peşəkar korrupsioneri tapa bilməyəcəyinə görə onun əvəlki əmrini ləğv edib və yeni, yəni tər-təmiz əmək kitabçası yazdırıb. Səfər Mehdiyevin Görükdə işlədiyi müddət yaxşı yoxlanılsa, belə cinayət faktları yetərincə tapılar...

Bəli, Zəfər Məmmədov “İpək yolu” gömrük postuna rəis təyin olunandan sonra buranı əsl korrupsionerlər yuvasına çevirə bilir. Bu sahənin peşəkarıdır axı... Yəni, rəis Z.Məmmədov harada özü kimi korrupsiya əməlinə yol verdiyinə görə vəzifədən qovulan vardısa, onları öz yanına yığdı. Bəs, kimdir onlar?

Zəfər Məmmədov FHN-də işləyərkən külli miqdarda yeyintiyə yol verdiyinə görə işdən qovulmuş sabiq deputatlardan birinin oğlu Mətin Quliyevi nə məqsədlə yüksək vəzifəyə təyin etdi?

Birinci başlayaq, Zəfər Məmmədovun özünə gətirdiyi müavindən... Əvvəla, bizə verilən məlumata görə, həmin posta heç bir müavin ştatı lazım deyilmiş. Amma korrupsiyanın dozasını bir az artıq eləmək üçün Z.Məmmədov özünə üç müavin ştatı açdırmağa nail olur. İndi Z.Məmmədovun özünə müavin gətirdiyi “kadrlarla” sizləri tanış edək. Deməli, 2017-ci ildə korrupsiya əməlinə yol verdiyinə görə, vətəndaşlardan daxil olan çoxlu sayda şikayətlərin əsasında DGK-nin Əməliyyat və İstintaq Baş İdarəsi tərəfindən məsuliyyətə cəlb olunan Baş İnspektor, amma möcüzə nəticəsində sonradan heç bir məsuliyyətə cəlb olunmayan və 2021-ci ildə Səfər Mehdiyev tərəfindən “İpək yolu” Gömrük postuna yaxın qohumu, Nehrəmdən olan İlkin Mehdiyev təyin olunur.

İkinci müavin postu DGK-nin sədri Səfər Mehdiyevə və Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidmət general-mayoru, hazırda həbsdə olan Məsum Rəsulova çox yaxın olan sabiq deputatlardan birinin oğlu Mətin Quliyev təyin edilir.

Məlumat üçün qeyd edək ki, Mətin Quliyev bundan əvvəl FHN-də işləyib və oradan külli miqdarda yeyintiyə yol verdiyinə görə işdən qovulub. Belə bir korrupsioneri Zəfər Məmmədov özünə müavin gətirib.

Daha bir «müxalifət» yönümlü partiyanın sədri, korrupsiyaya yol verdiklərinə görə Azərbaycandakı bütün məmurları asıb-kəsən, yıxıb-sürüyən, bütün çıxışlarında onları bu xalqa düşmən adlandıran Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyevin oğlu Raul Hacıyevi isə Zəfər Məmmədov Baş İnspektor təyin edir. Korrupsioner kadrlar kimi tanınan bu dəstə bu gün də vətəndaşların başına oyun açmaqda davam edirlər.

***

Əvvələr Zəfər Məmmədovla çiyin-çiyinə çalışmış və “qara pulların” yığılmasında əsas fiqur sayılan, Səfər Mehdiyevin qohumu Mübariz Mehdiyev də Baş Gömrük İdarəsindən çıxarıllaraq “İpək yolu” Gömrük postuna gətirilir. Artıq korrupsioner komanda tam formalaşıb və vətəndaşların başında rahatca turp əkmək olar. Belə də edirlər, özü də ikiqat artıqlaması ilə. Axı, bu gün DGK-nin sədri Səfər Mehdiyev yox, əvəzedici də olsa, Şahin Bağırovdur. Bu səbəbdən, rüşvətin miqdarı da artmalıdır ki, Ş.Bağırovun işinə əngəl törətsinlər.

Bu korrupsioner dəstə görün, rüşvət mexanizmini necə qurublar?

Ayrı-ayrı vətəndaşların ciblərini soymaqla başlarına açdıqları oyunları bir kənara qoyaq. Deməli, “İpək yolu” Gömrük postuna 15-20 tonluq maşınlarla karqo yüklər gətirilir. Bu “bacarıqlı” dəstə həmin yüklərin 3 tonunu mal sahibi ilə danışaraq Gömrükdən yayındırırlar. Bəs, bu 3 ton mal necə xeyir verir? Nəzərə alsaq ki, həmin karqo yükün 1 kq. üçün dövlət rüsumu 5 manatdır. İndi bu 5 manatı vurun 3 tona. Bu da edir 15 min manat. Burada mal yiyəsinin də öz faizi var. İndi təsəvvür edin, hər gün onlarla belə Tır maşınları Gömrükdən keçir. Hər Tır maşınından gizlədilən 3 ton maldan qalan pulları aya vuranda, onu hesablamağa kalkuliyatorun da gücü çatmaz. Burada söhbət milyon manatlarla puldan gedir. Bu pulların hamısı Zəfər Məmmədovun özünün və komandasının cibinə gedir. Görün bu dəstə nə qədər ağını çıxartmışdılarsa, onları himayə edən general-mayor Məsum Rəsulovun həbsini Səfər Mehdiyev də vəzifədə ola-ola əngəlləyə bilməmişdir. Təbii ki, DGK-nin sədri vəzifəsini icra edən hörmətli Şahin Bağırov təmizləməni hələ ki, yuxarıdan başlayıb. Necə deyərlər, balıq başdan iyləndiyindən. Onu da nəzərə alaq ki, balığı təmizləməyə quyruqdan başlayırlar. İndi bu «quyruqda» oturanlar hələ ki, çapıb talamaqda sərbəstdirlər və Səfər Mehdiyevin dönəmindən də artıq rüşvət yığımı ilə məşğuldurlar.

***

İnanırıq ki, DGK-nin sədr əvəzi Şahin Bağırov tezliklə, balığın quyruğunda, yəni “İpək yolu” gömrük postunda da təmizləmə əməliyyatı başlayacaq və nəhayət, vətəndaşlar gömrükdən rüşvət vermədən keçərək, rahat nəfəs ala biləcəklər. Düzdür, ola bilsin quyruqdan başlayan bu təmizləmə əməliyyatını DTX-nin qara maskalıları keçirsin. Amma vətəndaşlar üçün bunun fərqi yoxdur. Təki korrupsiya ilə məşğul olub vətəndaşın və dövlətin cibinə girənlər layiqli cəzalarını alsınlar.

Mövzunu diqqətdə saxlayacağıq.
 //tezadlar.az//шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024