Sosial (8-08-2022, 17:40)
“Kəmaləddin Heydərov Ramiz Mehdiyevin oğlunu yanında niyə saxlayıb?!” - Keçmiş nazir müavini soruşur...

C.Nuriyev qeyd edib ki, Kəmaləddin Heydərov Prezident İlham Əliyevə ən sadiq şəxslərdən biridir: “Anlamadığım odur ki, belə bir şəraitdə Ramiz Mehdiyevin bütün ailə üzvlərinin hamısı işləyir. Necə olur, bir ailədə neçə nəfər varsa, hamısı işləyir, amma bizim hamımızı 20-25 ildir gözlədirlər. Əvvəl deyirdilər ki, cavansınız, indi deyirlər qocasınız. Necə olur bəs Ramiz Mehdiyevi 80 yaşında AMEA-ya prezident qoydular? Oğlu gözünü açandan generaldır, kürəkəni deputat, qızı da kafedra müdiridir, həyat yoldaşı da... Nədir bu? Bunlar seçilmiş adamlardırlar ki? Anlamıram, bir adam dövlətin əleyhinə işləyirsə, o dövlətin məmurları niyə dövlət əleyhinə olan adamın bütün kadrlarını dəstəkləyirlər? Əslində onlar heç əvəzolunmaz kadr da deyillər. Düzü, burada bir az “nonsens” yaranır. Çünki dəqiq bilirəm ki, Kəmaləddin Heydərov heç vaxt nə dövlətin, nə də Prezident İlham Əliyevin əleyhinə gedər. Amma niyə Ramiz Mehdiyevin oğlunu yanında saxlayıb, buna özü aydınlıq gətirsə, daha yaxşı olar. Dövlət ayrı-ayrı adamlara deyil, xalqa xidmət etməlidir. Amma bütün vəzifədə olanların uşaqları hər yeri tutub, oturublar. Qalanları çətin vəziyyətdədir...”

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
28 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025
27 05 2025