Sosial (27-07-2022, 18:32)
Yoluxanların sayının artması ilə yenidən modul tipli xəstəxanalar fəaliyyətini bərpa edəcəkmi?
Son günlər dünyada və Azərbaycanda koronavirusa yoluxma hallarının sayı artıb.Nazirlər Kabineti yanında Operativ Qərargahdan 27 iyul tarixində verilmiş məlumata görə, COVID-19 infeksiyasına 399 yeni yoluxma faktı qeydə alınıb. Virusa yoluxan 271 nəfər müalicə olunaraq sağalıb. Hazırda ölkəmizdə aktiv xəstə sayı 2103 nəfərdir.
Bir müddət öncə koronavirusa yoluxanların sayının azalması ilə əlaqədar virusa yoluxanların müalicəsini həyata keçirən modul tipli xəstəxanalar fəaliyyətini dayandırmışdı. İndi yoluxanların sayının artması ilə yenidən modul tipli xəstəxanalar fəaliyyətini bərpa edəcəkmi?
Mediatv.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr tədbirlərinin təşkili şöbəsinin müdiri Zamirə Ədilova Cebhe.info-nun sorğusuna cavab olaraq bildirib ki, modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir:
"Hazırda COVID-19-la mübarizə tədbirləri çərçivəsində profil üzrə TƏBİB-in tabeliyindəki Məhmədli Modul Tipli Xəstəxana, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və Masallı Mərkəzi Xəstəxanası fəaliyyət göstərir. Modul tipli xəstəxanalar və eləcə də digər tibb müəssisələri zəruri avadanlıqlarla tam təchiz olunub. Hər an istər koronavirus (COVID-19) xəstələrini, istərsə də, digər xəstələri qəbul etməyə hazır vəziyyətdədir. Hazırda mövcud çarpayı sayı yetərlidir. Yoluxanların mövcud statistikası hələ koronavirus xəstələrinin müalicəsi üçün nəzərdə tutulan digər modul tipli xəstəxanaların fəaliyyətini bərpa etməyə əsas vermir".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
İri investor «Finoko» BOKT-dan pulunu tələb edir - əmlakı və lizinqdəki avtomobillərinə HƏBS QOYULDU
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025


























