Sosial / Slayd (22-07-2022, 10:12)
Goranboyda SUVARMA ŞEFİNİN İŞLƏKLƏRİ... - İLGİNC

Eldar Musayev bildirir ki, Goranboy rayon İHB - sı Məhərrəm Quliyev Qızılhacılı qəsəbəsində yaranmış ağır sosial duruma görə bilavasitə məsuliyyət daşıyır. 13 may 2020 - ildə mən və qəsəbə sakini Verdiyev Arzu Vəli oğlu rayon İH -nə gedib qəsəbədəki su və digər sosial problemlər barəsində şikayətimizi bildirmək üçün onun qəbuluna yazıldıq. Lakin Məhərrəm Quliyevin o zamankı 1 - ci müavini Ceyhun Həsənov və digər 2 şəxs bizi 1 -ci mərtəbədə bir otağa salıb kötəklədilər. Sonra da asayişi pozmaq adı ilə məni 70 manat cərimə etdilər, Arzu Verdiyevə isə 10 sutka inzibati cəza verildi. Məhərrəm Quliyev və ətrafı bir neçə ildir ki, şikayətlərimizin ali dövlət orqanları tərəfindən araşdırılmasına imkan vermir. Zorakılıqdan da çəkinmirlər. Qəsəbə sakinlərinin çoxu şərdən - böhtandan qorxub səslərini çıxartmırlar.
Eldar Musayev daha sonra onların yaşadıqları ərazidə 4 artezian quyusunun olduğunu bildirir. Lakin 06/983 saylı artezian quyusunun zəif işlədiyini, 351 saylı artezian quyusunun isə kabellərinin 1 aydan çoxdur ki, kəsilib oğurlandığını diqqətə çatdırır. Onun fikrincə, Goranboy rayon İH - nin və Qızılhacılı qəsəbəsinin məmurları, Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov qəsdən su qıtlığı yaradıb, qazanc bazarı açıblar. Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmov hər yerdə deyir ki, Meliorasiya və Su Təsərrüfatı ASC - nin sədri Zaur Mikayılovun da, İHB -sı Məhərrəm Quliyevin də həmin "bazar"dan xəbəri var və onların da özlərinə məxsus payları var. Qızılhacılı qəsəbəsinin sakinləri isə əkdikləri pambıq sahələrini suvarmaq üçün ilan kimi dəridən - qabıqdan çıxırlar. Zəhmətləri batır. İlqar Musayev soruşur ki, şikayətimizi kimə deyək, dərdimizə çarə qılınsın?!
Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
10 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025
9 09 2025