Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (7-07-2022, 12:09)
Keçmiş deputat işdən qovduğu şəxsi CƏRİMƏLƏTDİ

 Nərimanov Rayon Məhkəməsində sabiq deputat, “Ştutqart” mağazalar şəbəkəsinin sahibi Nəriman Əliyevin keçmiş işçisi barəsində xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

Mediatv.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N.Əliyev barəsində mətbuatda iddialarla çıxış edən 1985-ci il təvəllüdlü Ağutalıb Ağayev barəsində Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə elan edilmiş ittiham üzrə hökm elan edilib. Hökmə əsasən, mağazalar şəbəkəsinin keçmiş işçisi A.Ağayevə Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə bəraət verilib. Lakin o, məcəllənin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilib. Həmçinin Abutalıb Ağayevin sabiq deputatın şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan, nalayiq formada qəsdən alçaldan bilə-bilə yalan məlumatları yayması qeyd edilərək onun N.Əliyevdən mətbuat vasitəsilə üzr istəməsinə qət edilib.

Qeyd edək ki, bu ilin yanvarında Abutalıb Ağayev mediaya çıxaraq keçmiş müdiri N.Əliyevdən şikayətçi olub. O, eks-deputatı maaşları verməməkdə, işçilərə pis münasibət bəsləməkdə, ağacları kəsdirməkdə və sair əməllərdə günahlandırıb. Həmçinin mətbuatda sabiq deputata məxsus olduğu bildirilən çoxsaylı əmlakların siyahısı da yayılıb.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
25 11 2025
25 11 2025
25 11 2025
25 11 2025