Sosial (23-06-2022, 14:46)
Prokurorluq “Avtomobil Yollarının Mühafizə Xidməti”ni yoxlayır - HƏBSLƏRİN SAYI ARTA BİLƏR

Həmin xəbərdə bildirilir ki, əməliyyat çərçivəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlunun saxlanılıb.
Gununsesi.info həmin əməliyyatla bağlı bəzi təfərrüatları öyrənə bilib.
Məlum olub ki, Fikrət Hüseynov istintaqa ilkin ifadəsində “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin rəisi Səftər İsmayılovun əleyhinə ifadə verib.

Qeyd edək ki, əslən Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndindən olan Səftər İsmayılov Prezident Administrasiyasının şöbə müdirlərindən birinin yaxın qohumdur.
Onun həbs edilib-edilməyəcəyi isə prokurorluğun adıçəkilən qurumda apardığı yoxlamaların nəticəsindən yox, veriləcək siyasi qərardan sonra bəlli olacaq.
Əldə etdiyimiz bilgilərdə “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin fəaliyyətində ciddi korrupsiya və rüşvətxorluq hallarının üzə çıxdığı deyilir. Belə ki, yolların mühafizə zolağına düşən tikililərə icazənin verilməsi bu qurumun birbaşa səlahiyyətində olduğundan bu prosesdə kifayyət qədər qanunsuzluq hallarının olduğu üzə çıxıb.
Bundan başqa yolun asfalt örtüyünün altından hansısa kommunikasiya xətlərinin keçirilməsi üçün icazə və yük maşınlarının hərəkətinin tənzimlənməsi də bu MMC-nin səlahiyyətində olub.
Qeyd edək ki, yolları dağıdan yük maşınlarına qarşı tədbir görülməsi əvəzinə onlardan rüşvət alınaraq buna göz yumulub. Nəticədə isə ölkənin yolları bərbad vəziyyətə düşüb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
6 07 2025
6 07 2025
6 07 2025
6 07 2025
6 07 2025
6 07 2025
6 07 2025
6 07 2025
6 07 2025
6 07 2025
6 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
5 07 2025
4 07 2025
4 07 2025
4 07 2025