Cəmiyyət (7-01-2019, 12:00)
Yollarda mal-qara keçidlərinin sayı optimallaşdırılacaq

Mediatv.az-ın məlumatına görə, bu barədə məlumat “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün” Dövlət Proqramında yer alıb.
Belə ki, monitorinqlər aparmaqla respublika əhəmiyyətli avtomobil yollarında və avtomagistrallarda avtomobil yollarının örüş-otlaq sahələrindən və heyvandarlıq təsərrüfatlarının geniş yayıldığı ərazilərdən keçən hissələrində təhlükəsizlik qaydalarına uyğun mal-qara keçidlərinin sayının optimallaşdırılması nəzərdə tutulur.
Eyni zamanda, avtomobil yollarının layihələndirilməsi, tikintisi, təmiri və yenidən qurulması zamanı ətraf mühitin və biomüxtəlifliyin qorunması məqsədilə yol hərəkəti təhlükəsizliyi tələblərinə uyğun layihələndirilən avtomobil yollarının fauna növləri üçün təhlükəsizliyi təmin ediləcək.
Həmçinin xüsusi mühafizə olunan təbiət ərazilərinə yaxın layihələndirilən avtomagistrallarda nadir və nəsli kəsilməkdə olan vəhşi fauna növlərinin populyasiyaları arasında təbii əlaqənin saxlanılmasının təmin edilməsi nəzərdə tutulub.
Məsələnin həlli istiqaməti aidiyyəti qurumlara tapşırılıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025