Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (2-06-2022, 09:55)
Cavid Qurbanov onu başçı yollamışdı...

 Sözün düzü, 1 saat vaxtımı sərf edərək son 30 ildə Kəlbəcərə rəhbərlik edən, yəni rayonun icra başçısı olan şəxslərin dosyesinə diqqətlə nəzər saldım.
Bəlli oldu ki, 1993-cü ildə rayona rəhbərlik edən İlham müəllim hazırda Almaniyada mühacir həyatı yaşayır.
Sonra 1993-95-ci illərdə Kəlbəcərdə Əvəz Şükürov adlı birisi var idi, Surət Hüseynovun dostu, Elmira Şükürovanın atası o rayona rəhbərlik edib.
Bir sözlə, Kəlbəcərə son 30 ildə hər cür adam rəhbərlik edib.
4 mart 2013 - 10 mart 2020-ci illərdə isə Kəlbəcərə Aqil Məmmədov rəhbərlik edib.
Tarixlərə fikir verdinizmi..?
Aqil Məmmədov Kəlbəcərdən deputat seçilib, seçki bitib və Aqil Məmmədov Milli Məclisin iclasında iştirak edir.
Və eyni zamanda rayonun icra başçısıdır.
İnanın mənə bəşər tarixində belə komediya olmayıb.
Bu adam icra başçısı ola-ola, kabinetdə oturub necə deputat seçilə bilərdi, axı..?
Hər şeyi qoyaq bir kənara.
Axı, deputat seçkisindən 1 ay qabaq Prezident Admistrasiyası ən çox şikayət olunan rayonların siyahısını dərc edəndə birinci yerdə Kəlbəcər gedirdi.
Bəs belə bir rayonun icra başçısına kimlər səs verdi ki, o deputat oldu..?
Ümumiyyətlə, bu sabiq icra başçısı, indi deputat olan Aqil Məmmədovun tərcümeyi-halı deyiləsi deyil, bilinmir bu əvvəllər harada işləyib və nə üçün hərbidə olmayıb..?
Bircə o bəlli olur ki, bu adam hansısa aşıq Miskin Abdullanın nəvəsidir..?
Sözün qısası, bir aşığın nəvəsi Milli Məclisə getdi, o biri aşığın nəvəsi, yəni Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi.
Görək, bu adam kimdir, nəçidir..?
Azər Bəhlul oğlu Qocayev 1985-ci il sentyabrın 7-də Sumqayıt şəhərinədə anadan olub. 1992-2003 illərdə Sumqayıt 31 saylı orta məktəbdə orta təhsil alıb.
Elə həmin ildə də Sumqayıt Dövlət Universitetinin Elektroenergetika və Enerji maşınqayırması fakültəsinə daxil olub.
2009-cu ildə “Bakı Elektrikşəbəkə ASC”-də, 2010-cu ildə “Azərenerji” ASC-nin Sumqayıt ES-də mühəndis vəzifəsində çalışıb. 2012-ci ildə “Sumqayıt REŞ” MMC-də mühəndis işləyib. 2015-ci ildə “Azərişıq” ASC-də mühəndis vəzifəsində çalışıb. 2017-ci ildən isə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamentində bölmə rəisinin müavini, 2018-ci ildə İnfrastruktur Departamentində Elektrik təchizatı xidmətində xidmət rəisinin müavini, 2019-cu ildən isə Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
Bu adam ömründə bircə gün Kəlbəcərdə olmayıb. Bu adam da montyor-energetikdir, kənd təsərrüfatı sahəsini bilmir.
Hətta barama deyəndə soruşur ki, barama yeməlidir, tərəvəzdir nədir..?
İndi Kəlbəcər camaatının vəziyyətini özünüz təsəvvür edin.
Hələ bu harasıdır..? Bu adam kresloya oturan kimi korrupsiya maşınını işə salıb.
Belə ki, mediada yaılanlardan bəlli olur ki, Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Azər Qocayevə cinayət işi açılıb. Kəlbəcər rayon Prokurorluğunun icraatında olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq), eləcə də AR CM-nin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə ibtidai araşdırma üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə Baş Prokurorluq Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin icraatına qəbul edilib. Hazırda iş üzrə zəruri istintaq və hüquqi tədbirlər davam etdirilir.
Burada deyirblər ki, bəh-bəh, bərəkallah.
Bəli, cavan icra başçısı Azər Qocayev vəzifəsindən sui-istifadə etməklə rayonun Təhsil Şöbəsinin müdir əvəzi İsmayıl Məmmədovun vasitəçiliyilə məktəb direktorlarından rüşvət tələb edərək alıb. İcra başşçısı Kəlbəcər RTŞ-nin tabeliyindəki 5, 9, 10, 11, 22, 55, 98, 109, 115 saylı və digər məktəb direktorlarının hər birindən 500 manat rüşvət alması məktəb direktorlarının izahatlarında və digər sübutlarla öz əksini tapıb.
Hələ bu harasıdır..?
Mediada yazılanlardan bəlli olur ki, Azər Qocayev bir müddət əvvəl Kəlbəcər İH-nə məxsus ianə fondunu ləğv edib. İddia edilir ki, buna səbəb həmin fonda yığılan küllü miqdarda maddi vəsaitin məhz Azər Qocayev tərəfindən qeyri səmərəli şəkildə xərclənərək talanması, pulların mənimsənilməsidir. İddia edilir ki, həmin fakt üzrə də prokurorluqda ciddi araşdırmalar aparılır.
Kəlbəcərlilər rüşvət almaqda ittiham olunan gənc icra başçısının cəzalandırılmasını və vəzifəsindən uzaqlaşdırılmasını tələb edirlər.
Yazıda müxtəlif saytların materiallarından istifadə edilmişdir.
Qarşı tərəfin mövqeyin dərc etməyə hazırıq.
 //gundelik-baku.com//шаблоны для dle 11.2

Xəbər lenti
28 12 2024
28 12 2024
28 12 2024
28 12 2024
28 12 2024
28 12 2024
28 12 2024
28 12 2024
28 12 2024
28 12 2024
28 12 2024
28 12 2024
28 12 2024
28 12 2024
28 12 2024
28 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024
27 12 2024