Cəmiyyət / Slayd (17-03-2022, 10:29)
Ramiz Mehdiyevin başına sığal çəkdiyi başçı... - Ona toxunan yoxdur...
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun sahibkarlara sanki qənim kəsilməsi ilə bağlı mövzunu işləyərkən, onun tərcümeyi-halına nəzər salmalı olduq.
Deməli, Novruz Novruzov 1954-cü ildə Lerikdə anadan olub. 1971-ci ildə orta məktəbi bitirib. Və…12 il sonra Bakı Dövlət Universitetini bitirib. Amma…
1976-cı ildən sovxozda fəhlə, Lerik rayon mədəniyyət şöbəsində kütləvi işçi, 1977-ci ildən Lerik Rayon Komsomol Komitəsinin ikinci katibi işləyib.
Görəsən, ali təhsili olmayan Novruz Novruzov necə Komsomolun 2-ci, hətta 1-ci katibi işləyib ?
Hələ Allah qoymasa, 1995-ci ildə Lerik Rayon Partiya Komitəsinin ikinci katibi işləyib.
Görəsən, Novruz müəllimin rəsmi tərcümeyi-halını yazan adam başa düşmür ki, 1995-ci ildə Partiya komitəsi yox idi.
Bax, bu ağılda, bu savadda adamlara mühüm vəzifə verirlər, sonra da deyirlər ki….
Hələ bu harasıdır..?
Novruz müəllim sonra da Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində aparıcı mütəxəsis olub…
Mətbuat nazirliyi hara, partiya komitəsi hara..?
Nə isə, Novruz Novruzov 1995-2002-ci illərdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı, 2002-2007-ci illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı, 2007-2019-cu illərdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
2019-cu ildən isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısıdır.
Bu adamın barəsində mediada yazılanlardan bəlli olur ki,
Şabran rayon İcra Hakimiyyətinə rəhbərlik etdiyi dönəmdə rayonun münbit torpaqlarını yuxarı vəzifədə çalışan şəxslərə verərək milyonlar qazanıb.
Məlumata görə Şabranda münbit torpaqları əlində cəmləyən şəxslərdən biri də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat olub.
Yəni Novruz Novruzovla deputatın biznes şəriki olması Şabranda hamıya məlumdur.
Bəli, deputatın Şabranda 55 hektar torpaq sahəsinə sahib olması barədə ölkə mətbuatı kifayət qədər yazıb. Və bu torpaqları Ramiz Mehdiyevin kürəkəni icra başçısı Novruz Novruzovun əli ilə ələ keçirib.
Yəni vətəndaşlara məxsus dədə-baba torpaqları qanunsuz olaraq ələ keçirilib.
Hazırda bu məsələ ilə bağlı istintaq gedir. Yəqin ki, yaxın zamanda Novruz Novruzovun aqibəti bəlli olacaq.
30 ilə yaxındır müxtəlif rayonlarda icra başçısı işləyən Novruz Novruzovun yüz hektarlarla torpaqları, villaları, mal-qara fermaları, balıq vətəgələri, şadlıq evləri və daha nələri…
Bu adam hansı rayona gedirsə, oranı xaraba qoyur, sahibkarlara qənim kəsilir, iş adamları icra başçısının əlindən qaçıb gedirlər.
Rayon sakinləri dəfələrlər mətbuata müraciət edərək deyirlər ki, icra başçısı vətəndaşları dövlətdən narazı salır…
Sakinlər tələb edir ki, rayonda yoxlamalar keçirilsin.
Sakinlər yazır ki, icra başçısı Novruz Novruzovun oğlu vətəndaşın azadlığın məhdudlaşdırıb.
Bəli, icra başçısının oğlu Ruslan Novruzov atasına məxsus şadlıq evində toy edən şəxsi borca görə restoranda saxlayaraq buraxmayıb.
Və bu məlumatı yazan mətbuat orqanlarını məhkəmə ilə hədələyib.
Bəli, rayonda hamı bilir ki, “Savalan” şadlıq evi icra başçısı Novruz Novruzovundur.
Ruslan Novruzovun eyni adda Bakıda və Sumqayıtda da şadlıq evləri var.
Bir sözlə, Novruz Novruzov 30 ildir ki, vətəndaşların, iş adamlarının və dövlət vəsaitinin özününkü kimi istifadə etməklə milyonerə çevrilib.
Yəqin ki, onu da digər icra başçılarının aqibəti gözləyir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024