Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (1-06-2022, 20:32)
İcra başçıları dəyişdirilməli, yoxsa icra hakimiyyətləri ləğv olunmalıdır? - Deputatdan AÇIQLAMA

 Xəbər verdiyimiz kimi, Milli Məclisin mayın 31-də keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa çıxışı zamanı icra hakimiyyətlərinin fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirib.
“Hansı rayonlarda ki icra başçıları, həbs olunur, vəzifədən uzaqlaşdırılır, həmin rayonlardan şikayətlər də daxil olmur”, - deyə deputat qeyd edib.

Bəs, problemin çözüm yolu nədir, bütün icra başçılarının dəyişdirilməsi, yoxsa icra hakimiyyəti institutunda köklü islahatlar?Mediatv.az xəbər verir ki, mövzunu Bizim.Media-ya açıqlamasında davam etdirən Fazil Mustafa yaxşı icra başçılarının olduğunu da qeyd edib:

“Ümumi şəkildə icra hakimiyyətləri ilə bağlı problemlər xüsusilə rayonlarda özünü göstərir. Əslində bu, bir çox hallarda insanların yaşamına mane olur. Həbs olunan və ya işdən çıxarılan rayonlara nəzər saldıqda görə bilərsiniz ki, daha sakitçilikdir və sakinlərin şikayətləri nisbətən azalıb”.

Deputat əlavə edib ki, icra hakimiyyətləri institutuna fərqli yanaşmaya ehtiyac var.

“Ya səlahiyyət verməlisən ki, iş görsünlər, ya da indi olduğu kimi iş görmə səlahiyyətləri yoxdur və bütün məsuliyyət yüklənib icra hakimlərinin boynuna. Biraz naşı adamlar olanda da idarəetmədə vətəndaşlara xeyli əziyyət verirlər. Problemin kökü məhz burdadır”.

Millət vəkilinin sözlərinə görə, problemin həlli üçün, icra hakimiyyəti strukturunun dəyişdirilməlidir:

“Rayon strukturunun dəyişdirilməsinə və yeni formada yanaşmaya ehtiyac var. Quberniya və yaxud da böyük vilayətdə birləşmək daha məqsədəuyğundur”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025