Cəmiyyət (2-12-2019, 13:04)
İcra Hakimiyyəti binalarının qarşısındakı yollar niyə bağlıdır? - “Yolu “dədəmdən” gətirmişəm”
Bəzi rayonlarda İcra Hakimiyyətinin qarşısındakı yolun nəqliyyat vasitələri üçün bağlı olması əhali arasında narazılıqla qarşılanır. Avtomobillərin dar küşələrə yönləndirilməsi də əlavə çətiniliklər yaradır. İcra Hakimiyyəti binasının qarşısından keçən yolun bağlanmasına səbəb kimi də icra başçısının ətrafdakı səs-küydən narahat olması ilə əlaqələndirilir.
Elə bu yaxınlarda Yevlax Rayon İcra Hakimiyyətinin qarşısındakı 15 ildən bəri bağlı qalan mərkəzi yol açılaraq sakinlərin istifadəsinə verildi. Rayon sakinləri yol bağlı olduğu üçün əvvəllər avtomobillərin şəhərin mərkəzi ilə hərəkətində çətinliyin yarandığını bildirirdilər. Yevlaxa təyin olunan yeni icra başçısı özündən əvvəlki başçıların özbaşınalığına son qoydu.
Maraqlıdır, müxtəlif bəhanələrlə onsuz da əhaliyə çox da yaxın olmayan bəzi icra başçılarının bir az da əlçatmaz olmaq üçün yolu bağlaması nə dərəcədə düzgündür? Səs-küydən narahatlığa görə sakinlərə çətinlik yaratmaq qanuna sığırmı?
Məsələ ilə bağlı Modern.az-a danışan deputat Fazil Mustafa İcra Hakimiyyəti qarşısındakı yolun bağlanmasının birbaşa yekəxanalıq olduğunu bildirib:
“Mən özüm də bəzi rayonlarda şahidi olmuşam, harada ki, icra başçısı özünü yekəxana aparır, bu əmələ əl atır. Guya ki, rayon əhalisinə acıq vermək üçün yolu bağlayır ki, yol mənə məxsusdur, yolu “dədəmdən” gətirmişəm. Yolun bağlanması sırf bununla bağladır, yoxsa ki, bu törədilən əməl hansısa qanuna əsaslanmır. İcra başçısı sakitlik yaratmaq əvəzinə imkan versin ki, ona səs getsin. Ara-sıra şəhərdəki hay-küyə, əhaliyə eyvandan çıxıb baxsın ki, vətəndaşın durumu nədir.
Bu məsələ çox aktualdır, İcra Hakimiyyətləri ibrət götürməlidir. Yolu bağlamaq heç bir məntiqə sığmır. Hesab edirəm ki, bu məsələyə qarşı narazılığın olması, etirazın bildirilməsi vacibdir. Yol elə bir məsələdir ki,vətəndaşın işini çətinləşdirəcək bir istiqamətin götürülməsi bütün hallarda narahatlıq doğurur”.
Deputat Adil Əliyev də insanların gəliş-gedişinə mane olmağın qanun pozuntusu olduğunu vurğulayıb:
“Ümumiyyətlə, mən belə bir hadisənin şahidi olmamışam, ancaq bu cür hallar baş verirsə, bu, təbii ki, qəbuledilməzdir. İcra başçısıdır deyə, insanların gəliş-gedişinə mane yaratmaq qanun pozuntusudur. Belə hal baş verəndə insanlar aidiyyəti qurumlara müraciət etsələr, biz məsələ qaldıra bilərik”.
Qeyd edək ki, Azərbaycanda Prezident Administrasiyasının qarşısından keçən yol hər zaman vətəndaşlar, sürücülər üçün açıq olduğu halda, hazırda Bərdə, Lənkəran və bir sıra rayon mərkəzlərində İcra Hakimiyyətinin qarşısından keçən yola şlaqbaum qoyulub.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024