Sosial (14-03-2022, 15:04)
"Rəqabət Məcəlləsinin qəbul edilməsinə böyük ehtiyac var" - Səngiməyən QİYMƏT ARTIMI
Mediatv.az-ın məlumatına görə, mövzu ilə bağlı iqtisadçı Eyyub Kərimli Yenicag.az-a açıqlamasında bildirib ki, bu gün Azərbaycanda baş verən inflyasiya, əsasən, dünyada gedən inflyasiya prosesinin tərkib hissəsidir:
“Ölkəmizin idxaldan asılılığını nəzərə alsaq, bu halda xaricdəki inflyasiya müəyyən mənada təsirsiz ötüşmür. Bu fonda ərzaq, içki, tütün məmulatları və digər məhsulların qiymətində artım müşahidə olunur. Qeyd edim ki, Yeni il və Novruz bayramları xaricdən idxalın daha çox artmasına yol açıb. Ötən ilin sonunda bəzi xidmətlərin və tariflərin də qiyməti artıb. Belə ki, işıq, qaz və enerji daşıyıcılarındakı qiymət artımı da bahalaşmaya təsir edib. Digər tərəfdən, mövsüm amilləri qiymət artımında özünü göstərir. Qış aylarında meyvə, tərəvəz və digər məhsulların mövsümü bitir. Yeni məhsulların bazara çıxmasına isə hələ bir müddət var. Bu amil qiymətlərin artmasına müyyən dərəcədə təsir edir. Qiymət artımı müəyyən müddət davam edəcək.
Antinfilyasiya tədbirlərinə gəlincə, rəqabət imkanları daha da genişləndirilməli və antiinhisar fəaliyyəti gücləndirilməlidir. Ona görə də Rəqabət Məcəlləsinin qəbul edilməsinə böyük ehtiyac var. Rəqabət və təkliflər nə qədər yüksək səviyyədə olarsa, qiymətlər də bir o qədər aşağı ola bilər. Bununla yanaşı, təchizat zəncirləri şaxələndirilməlidir. Ölkəyə bir neçə mənbədən ərzaq və digər məhsulların təmin edilməsi üçün addımlar atılmalıdır. Bu gün qiymət artımı pərakəndə yox, topdansatış ticarətçilərin üzərinə daha çox düşür. Onların fəaliyyəti tənzimlənməli və inhisarçılıq imkanları məhdudlaşdırılmalıdır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025























