Sosial / Slayd (26-04-2022, 10:12)
Başından güllə yarası alan qaziyə əlillik verilmir

Xatırlatmaq istərdik ki, F43.1 - travmasonrası stress pozğunluğu diaqnozu fərdin psixikasına super güclü mənfi təsir göstərən tək və ya təkrarlanan hadisə nəticəsində baş verən ağır psixi vəziyyətdir. Bu pozğunluq beynin, sinir sisteminin işinin pozulmasına gətirib çıxarır.
R.Hüseynlinin dediklərinə münasibət öyrənmək üçün Bakı şəhərinin keçmiş baş psixiatrı, hazırda Psixi Sağlamlıq Mərkəzinin direktoru olan Fuad İsmayılova müraciət etdik və o, faktı təsdiqlədi: “Bəli, doğrudan da mən Rəsul Quliyevə F43.1 diaqnozu qoymuşam”.
“Bu diaqnoz əlil statusunun verilməsinə səbəb ola bilərmi və bu statusundan imtina edilən Rəsul Hüseynli nə etməlidir” sualımıza F.İsmayılov belə cavab verdi: “Əlil statusunun verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin qərarından asılıdır. Bu sualları Agentliyin işçilərinə ünvanlasanız, daha düz olar. Bir qayda olaraq, belə diaqnozu olan şəxslərə əmək qabiliyyətini itirdikdə əlillik verilir”.
Xatırladaq ki, R.Hüseynlinin sözlərinə görə, o, işləyə bilmir, çünki daimi baş ağrılarından əziyyət çəkir, tez-tez huşunu itirir.
Məsələ ilə bağlı ƏƏSMN yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin mətbuat katibi Tural Qurbanov AYNA-ya açıqlamasında bildirdi ki, R.Hüseynliyə əlillik verilməsindən imtina barədə qərarı qurumun həkimləri verib: “O, bizim qurumun həkimlərinin qərarı ilə razı deyilsə, bu qərardan məhkəməyə şikayət edə bilər”.
Qurumun sözçüsü Birinci Qarabağ müharibəsi iştirakçılarının əlillikdən məhrum edilməsi məsələsinə də aydınlıq gətirdi: “Əlilliyin iki növü var: daimi və müvəqqəti. Daimi əlillik, bir qayda olaraq, müharibədə əzalarını itirmiş şəxslərə verilir. Müvəqqəti əlillik sağalması mümkün olan xəsarətlər almış şəxslərə verilir. Müalicəni başa vurduqdan sonra onlar əlil statusunu itirirlər”.
“Vətən Müharibəsi Əlillərinə Qayğı” İctimai Birliyinin sədri Firudin Məmmədov isə qazilərə göstərilən münasibətə heyrət edir: “Bu, dəhşətdir. Başından güllə yarası alan və Nazirlik tərəfindən əlilliyi rədd edilən II Qarabağ müharibəsi iştirakçıları mənə müraciət edirlər. Üstəlik, həmin Nazirlik artıq altmış yaşları tamam olan Birinci Qarabağ müharibəsi əlillərini də statuslarından məhrum edir. Həmin şəxslər uzun müddət işləməyib, əlil pensiyası ilə dolanıblar. İndi onların adi pensiya almaq üçün lazımi əmək stajı olmadığına görə gedəcək yerləri yoxdur”.
Tural Qurbanovdan fərqli olaraq F.Məmmədov məhkəməyə üz tutmağın Rəsul Hüseynliyə əlil statusu verilməsini təmin edəcəyinə inanmır: “İşin bütün hallarını aydınlaşdırmaq üçün məhkəmə ikinci ekspertizanı təyin etməlidir. Düşünmürəm ki, məhkəmə-tibb ekspertləri Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin rəyinə qarşı çıxmağa cürət etsinlər”.
Milli Məclisin üzvü Elman Məmmədov da AYNA-ya açıqlamasında R.Hüseynliyə qarşı münasibətə etiraz edib: “Ona əlillik verməkdən imtina edən həkimləri cəbhə bölgəsinə göndərərdim. Unutmaq olmaz ki, məhz Rəsul Quliyev kimi insanların sayəsində Azərbaycan 44 günlük müharibədə qalib gələ bildi. Mən Rəsul Hüseynlinin hüquqlarının müdafiəsində ona hərtərəfli köməklik göstərməyə hazıram”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025
11 09 2025