Sosial (12-04-2022, 22:12)
Güclü külək bu rayonlarda fəsadlar törətdi
Güclü külək Gəncə şəhərində və ətraf rayonlarında bəzi fəsadlar törədib.Mediatv.az-ın Report-a istinadən məlumatına görə, Gəncə şəhərində bir neçə ağac aşıb. Oxşar hadisə yaxın rayonlarda da qeydə alınıb.
Güclü külək səbəbindən yaranmış toz avtomobil yollarında nəqliyyat vasitələrin hərəkətində qismən çətinlik yaradıb.
Daşkəsən rayonunda elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hazırda Gəncə şəhərində və yaxın rayonlarda küləkli hava şəraiti davam edir.
Qeyd edək ki, Gəncə şəhəri ərazisində aidiyyəti qurumların əməkdaşları küləyin daha hansı fəsadları yaratdığını araşdırırlar.
***
Aprelin 12-də saat 17:00-dan başlayaraq əsən güclü külək Tərtər, Ağdam və Bərdə rayonunlarında da bir sıra fəsadlar törədib.
Küləyin təsirindən iri gövdəli ağaclar aşaraq Tərtər şəhərində və kənd yaşayış məntəqələrində vətəndaşlara məxsus yaşayış evlərinin dam örtüyünə ciddi ziyan vurub. Həmçinin rayonun elektrik təsərrüfatına ziyan dəyib. Tərtər şəhəri ərazisində işıqlanma dirəkləri aşıb. Elektrik dirəklərinin aşması nəticəsində isə Tərtər şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb.
Hazırda rayon Fövqəladə Hallar Komissiyası tərəfindən dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025

























