Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (31-03-2022, 09:55)
Məhərrəm Novruzovun biznesi batır – Vergi borcu yarandı

 "Bağçalı Evlər” Mənzil Tikinti Kooperativinin külli miqdarda vergi borcu yaranıb. Mediatv.az xəbər verir ki, 32gun.az-ın məlumatına görə, şirkətin bu günə olan vergi borcu 38 min 689 AZN (38689.42AZN) təşkil edir. Bildirək ki, MTK 06.07.2007 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000AZN olan şirkətin qanuni təmsilçisi Mirəziz Seyidov Mirbaba oğludur.

“Bağçalı Evlər” MTK-nın nəzdində yaradılan "Qurtuluş - 93 Yaşayış Kompleksi" MMC-nin də dövlətə külli miqdarda vergi borcu yaranıb.

Belə ki, şirkətin bu günə olan vergi borcu 124min 473 AZN (124473.85 AZN) təşkil edir. MMC 07.02.2011 tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10AZN olan şirkətin qanuni təmsilçisi Mirəziz Seyidovun qardaşı Mirhəsən Seyidovdur.

Qeyd edək ki, mətbuatda gedən məlumata görə, “Bağçalı Evlər” MTK və "Qurtuluş - 93 Yaşayış Kompleksi"nin gərçək sahibi Məhərrəm Novruzovdur.

Xatırladaq ki, ötən ilin ortalarında Məhərrəm Novruzovun kürəkəni Novxanı yolunda Kərbalayev Elşad Məhərrəm oğlu öz lüks avtomobili ilə qəza törədərək 4 nəfərin ölümünə səbəb olmuşdu.

Həmçinin 90-HN-009 dövlət nişanlı “Mercedes” markalı avtomobili idarə edən Məhərrəm Novruzovun həyat yoldaşı Hüseynova Gülnar Əsəd qızı sükana nəzarəti itirib. Avtomobil “Nissan”a, daha sonra “Mercedes” və “VAZ 2106” markalı nəqliyyat vasitələrinə çırpılmışdı. Qəza zamanı üç nəfər xəsarət almışdı.
  


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
12 09 2025
11 09 2025
11 09 2025