Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-03-2022, 16:43)
ÇÖRƏYİN QİYMƏTİ ARTACAQSA... - NƏ ETMƏLİ?

 “Çörəyin qiyməti artacaqsa, Azərbaycanın bunu kompensasiya etmək üçün kifayət qədər yolu var. Bunun biri dövlət tərəfindən dotasiya verilməsi, digəri isə əməkhaqqı və pensiyaların artırılmasıdır”.
Mediatv.az xəbər verir ki, bunu Bakupost.az -a millət vəkili Musa Quliyev çörəyin bahalaşması ehtimalları ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi olmasaydı belə, ərzaq məhsullarının qiymətində artım olacaqdı:

“Bu, qlobal istiləşmə, quraqlığın olması və insanların ərzaq ehtiyatında qeyri-qənaətcil olması ilə bağlıdır. Digər tərəfdən Rusiya-Ukrayna müharibəsinin də məsələyə mənfi təsiri var. Azərbaycan dövləti bu məsələni diqqətdə saxlayır. Həmçinin bizim kifayət qədər resursumuz var. Çünki təkcə Ukrayna və Rusiyadan buğda almırıq, başqa imkanlarımız da mövcuddur”.
M.Quliyev yaxın vaxtlarda çörəyin bahalaşacağına inanmadığı deyib:
“Çörəyin qiymətinin yenidən artacağına inanmıram. Çünki bu ilin əvvəlindən un və un məhsullarının qiymətində təxminən 15-20%-ə qədər artım müşahidə olunub. Hesab edirəm ki, Azərbaycan hökuməti bu məsələni öz nəzarəti altında saxlayacaq. Növbəti qiymət artımı ilə yaxın vaxtlarda rastlaşmayacağıq”.
Millət vəkili yerli istehsalın artırılmasının vacibliyini də vurğulayıb:
“Birinci növbədə yerli istehsalı artırmalıyıq. İstər taxıl sahələrində əkinin məhsuldarılığının yüksəldilməsi istiqamətində, istərsə də, əkin sahələrinin həcminin genişləndirilməsi istiqamətində işlər davam etdirilməlidir. Digər tərəfdən xaricdən nə qədər taxıl alınacaqsa, indidən bunun tədarükünə başlanılmalı və müqavilələr bağlanılmalıdır. Dünyada ərzaq məhsularının, o cümlədən çox işlənən məhsulların qiymətləri getdikcə yüksəlir. Bu yüksəliş tempi hələ dayanmayıb. Pandemiya bitəndən sonra dünya iqtisadiyyatında sabitləşmə, yeni inkişaf meyillərinin nə vaxt olacağını əvvəlcədən proqnozlaşdıra bilmirik”.

Millət vəkili qarğıdalı yağı və digər ərzaq məhsullarının bahalaşmasına da diqqət çəkib:
“Əlbəttə, qarğıdalı yağı və başqa məhsullar var ki, onları da Rusiya və Ukrayndan, hansısa Avropa ölkələrindən idxal edirdik. Oralarda qiymətlər artıbsa, bizim ölkədə bu fərq hiss olunacaq. Bundan ötrü ölkənin özünün daxili siyasətində əhalinin sosial müdafiəsinin, sosial rifahının qorunması üçün mexanizmlər var. Bir daha qeyd etmək istəyirəm ki, qiymət artarsa, əməkhaqları da artırılacaq. Yaxud da əlavə kompensasiyalar ödəniləcək. Ötən il də qiymət artmışdı. Cənab Prezidentin sərəncamı ilə müvafiq addımlar atıldı. Ajiotaj yaratmaq lazım deyil. Daha ciddi məqam möhtəkirlik və monopoliya məsələləridir. Əsas bunlara yol verilməsin ki, süni artım olmasın. Qiymət artımını tənzimləmək isə dövlət üçün böyük bir problem deyil”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
28 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025