“Restoranlarda keçirilən toylarda, yas mərasimlərində 100 kiloqramlarla çörək atılır.
Ən çox çörək israf edən ölkələrdən də biri bizik. Ona görə elə bilirəm ki, bəzi məsələlər nəzərə alınmalıdır. Taxılın, çörəyin qiyməti artırsa, biz süfrəmizi ona nisbətdə tənzimləməliyik”. Mediatv/az xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsini sədri, deputat Tahir Rzayev Cebhe.info-ya çörəyin və un məhsulunun qiymətinin qalxması barədə açıqlamasında bildirib.
Deputat deyib ki, dünyada ən çox çörək yeyən millətlərdən biri azərbaycanlılar, ölkələrdən biri isə Azərbaycandır:
“Müəyyən qənaət olmalıdır, israfçılığa yol verilməməlidir. Bizdə çörək məhsulları həddindən artıq israfa gedir. Bu, istər ailədə, istər məişətdə, istərsə də digər yerlərdə belədir”.
Parlament üzvü bildirib ki, dünya bazarında taxılın qiyməti artır. Nəinki taxılın qiyməti, eləcə də bitki yağlarının, süd məhsullarının qiymətində də xeyli artım var:
“Əgər xarici ölkələrdən taxıl alırıqsa, təlabatımızı ödəmirsə, təbii ki, çörəyin də qiyməti artmalıdır. Çünki xarici ticarət əlaqələrimiz ildən- ilə genişlənir. Qiymətlər dünya bazarı ilə tənzimləndiyinə görə çörəyin qiymətinin artması taxılın dünya bazarında qiymətlərin artması ilə əlaqədardır. Bu, müəyyən məsələlərlə şərtləndirilir. Məsələn, pandemiyanın yaratdığı çətinliklərlə, dünyada baş verən təbii fəlakət, müharibələrlə. Dünyada taxıl istehsalı xeyli dərəcədə azalır”.
Deputat qeyd edib ki, dünyada hazırda mövcud olan təbii şərait, quraqlıq, fəlakətlər və pandemiya taxılın qiymətinin artımına təsirsiz ötüşməyib. Bu hal Azərbaycanda taxılın qiymətinə mütləq təsir göstərməli idi.
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024