Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (14-03-2022, 09:12)
Ağsuda Qarabağ Qazisi şikayətçidir... - MÜRACİƏT

 Ağsu rayonu, Kalva kəndində qeydiyyatda olan 1-ci Qarabağ müharibəsi veteranı, 18 il DİO-da çalışmış Hacıyev Alov Ağasan oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Narazl vətəndaş yazır:

"Mən, Alov Hacıyev Ağsu rayonun Kalva kənd sakini olaraq bu kənddə yaşamış və Vətənin müdafiəsi üçün qardaşlarımla birlikdə Ağsu rayonun Hərbi Komissarlığından könüllü olaraq döyüşlərdə iştirak etmişk. Xatırladım ki, 2019-ci ilin fvralın 5-də baş vermiş məlum zəlzələ zamanı kəndimizdə əsasən köhnədən tikilmiş evlərin divarlarında iri çatlar əmələ gəlmiş, pol sınmış, binövrə daşları uçub daxilə tökülmüş, yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Məsələn, mənim atamın hazırki analığımız Hacıyeva Gülsənəminindi yaşadığı evi 1946-cı ildə sementsiz, torpaq və taxta materialı istifadə edilməklə daş hörgüsüilə tikilmişdir .Ona görə evimizin dörd tərəfindən çatlar əmələ gəlmiş və yaşamaq üçün yarasız vəziyyətə düşmüşdür. Eləcə də qardaşım Hacıyev Asəfin evinin zirzəmisində kürsü daşları uçaraq daxilə tökülmüşdür, sanki ev havada qalmışdır. Divarda çoxsaylı çatlar əmələ gəlmişdir. Digər qonşularım Şükürov Ağasəlimin, Əsədov Yalçının, Salamov Yasirin, Mustafayev Rəşid Ərzuman oğlunun yaşadıqları evlər də yararsız hala düşmüşlər. Evləri qəzalı vəziyyətdə olan sakinlər indi də arvad uşaqlarla birlikdə qorxa qorxa yaşayırlar. Dəfələrlə kənd və rayon rəhbərliyinə məsələnin həlli üçün xahişlər edils də 3 ildən çoxdur ki, gəlib yerində maraqlanan yoxdur. Elə bilki, belə kənd sakinləri ümumiyyətlə yox imiş. Çox şikayətlərdən sonra yerli icra nümayəndəsi Cavid Qədirov cavab vermişdir ki, siyahıda adınız 38-ci dir. Təmir olunacaq. Lakin heç kim gəlmir, maraqlanmır. Amma eyni zamanda görürük ki, Kalva kənd icra nümayəndəsi Qədirov Cavid, Ağsu rayon İcra Hakimiyyəti Aparatının hüquqşünası olmuş Tofiq Kərimovla məsləhətləşmələrilə cənab Prezidentin 1-ci dəfə ayırdığı 2 milyon manat vəsaitdən əvvəlcə özlərinə məxsus topdağıtmaz kiçik villalarını təmir etdirdilər. İcra nümayəndəsi C. Qədirov özünə məxsus evi tam və əsaslı təmir etdirməklə yanaşı, yaxın adamlarının – dədəsi Qədirov Əlistanın, əmisi Qədirov Talıstanın, qudası Niştayev Əhsanın, digər qudası Hilala təzə tikilib təmir olunan evlərini ehtiyac olmadığı halda yenidən dövlət vəsaiti ayırıb əsaslı təmir etdirdi. Hətta iş o yerə çatdı ki, Cavidin yaxın dostu olan Əjdərin də evini əsaslı təmir etməklə yanaşı, həyətində yeni bir irihəcmli yeni talvar da tikdirib təhvil verməyi unutmadı. Bizi kimi kasıblar da qaldıq bir tərəfdə. 2 il əvvəl biz sakinlərin verdikləri şikayətlərə cavab olaraq FHN-nin Daxili Təhlükəsizlik Baş İdarəsi rəisi Nazim Rüstəmovun 16 yanvar 2020-ci il tarixli cavab məktubunda qeyd edilir: “FHN-nin mütəxəssisləri tərəfindən yerli icra hakimiyyəti tərəfindən təqdim edilmiş siyahıya əsasən Ağsu rayonu ərazisində baş vermiş zəlzələdən ziyan dəymiş evlərin texniki vəziyyəti araşdırılmış və aktlar tərtib edilmişdir.” Yəni, FHN-nin səlahiyyətlisi bildirir ki, yerli icra orqanları bizə nə təqdim edirsə onların evəri tikilir və bərpa olunur.”

Na görə də yerli icra nümayəndəsi C.Qədirov şikayətlərə görə düşdüyü külli-miqdarda ziyanın əvəzi olaraq guya mənə yaxın adamların yazdıqları şikayətləri mən təşkil etdiyimə görə mənim adımı da siyahıdakı 38-ci sıradan digər yaxınlarım kimi tamamilə çıxarıb silib. Əvəzində isə Xatman kəndində yaşayan iki bacının Dürdanə və Dürrə adlı xanımların evlərini pul qarşılığında tikib təhvil verməyi söz verib. Hələlik bir bacının evi tikilibtəhvil verilib, O birisi isə bu ilin əvvəlində təqdim olunmuşdur. Muza Son məlumata görə Xatman kəndi yaxınlığında bizim kəndimizdən olan bizi kimi evləri tam yarasız vəziyyətə düşən adamlardan bir neçəsinə etdikləri şikayətlərinə görə gözdən pərdə asmaq üçün veriblər. Qalan dövlət vəsaitilə tikilən evləri isə əli cibində olanlara paylayıblar. İndi cəmi Xatmanda iki belə ev qalmışdır. Bunlardan birini bir neçə il əvvəl kəndimizə gəlib daş kürsü üzərində vaqon qoyub yay aylarında yaşayan Muğan adlı Qubadlı qaçqınına verdilər. Halbuki, onun qoyduğu dəmir vaqon zəlzələdən heç bir ziyan görməmişdir. Amma kəndin daimi yaşayan bizi kimi sakinləri isə hətta adi təmri belə rəva görmədilər. Çünki bizlər kasıb olduğumuza görə bu torpaqları Qarabağ Müharibəsində sağlamlığımızı belə itirərək bu torpağı qoruduğumuza görə layiq olduğumuz mənzillə təmin edilmədik. Budur, indi sonuncu tikilmiş və istifadəyə hazır mənzil də “müştərisini” gözləyir Və bu müştəri artıq tapılıb. Kalva kənd Bələdiyyə sədri Tofiq İmaməliyev tezliklə bu mənzili pulunu verib əldə edəcəkdir. Və son məlumata görə artıq behi də verib.Qısası, Ağsu rayonun yerli məmurlarının təşkilatçılığı ilə FHN-nin bumənzilləri tikib istifadəyə hazır edən Tikinti İdarəsi rəhbərliyilə aparılan sövdələşmələr nəticəsində ən çoxu Bakıda yaşayan və bu kəndlərdə sadəcə yaydan yaya gələn imkanlı adamlara satılmaqla məslələr həllini tapmışdır. Biz kasıb insanlar da zənn etmişik ki, qayda qanun var, şikayətimizə bəlkə baxan oldu. Amma görünən budur ki yanılmışıq. FHN-nin məlum idarəsi öz alverini artıq yekunlaşdırmışdır.

BƏS ZƏLZƏLƏDƏN DƏRHAL SONRA RƏSMİ MƏLUMATLARDA NƏ DEYİLİRDİ?

Ağsuda, Şamaxıda baş verən hadisənin səhəri günü dövlətimizin başçısı zəlzələ zonasına gələrək sakinlərlə görüşmüş, təbii fəlakətin törətdiyi fəsadların aradan qaldırılacağını bildirmişdi. Prezident İlham Əliyev elə buradaca əhalinin müraciətlərinə diqqətlə baxılması, evlərə, həmçinin sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq icra strukturlarına tapşırıq və göstərişlərini vermişdi. Elə həmin gün dövlətimizin başçısı baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında evlərə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq iki milyon manat ayrılması haqqında Sərəncam imzalamışdı. Bundan sonra hər 3 rayonda dərhal tikinti və təmir işlərinə başlanmışdı.

Prezident İlham Əliyev: Söz verirlər ki, bir aydan sonra evin tikintisini başa çatdıracaqlar.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov: Bu ev bir aydan sonra hazır olacaq, bəlkə də tez.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dövlət başçısına zəlzələ zonasında görülən işlər barədə məlumat verdi. Bildirildi ki, yaradılmış komissiyalar tərəfindən əhalinin müraciətlərinə əsasən indiyədək Şamaxıda 4893, Ağsuda 1461, İsmayıllıda 919 evə baxış keçirilib. Müəyyən olunub ki, Şamaxıda 244, Ağsuda 150, İsmayıllıda 97 ev kəskin qəzalıdır. Şamaxıda 1111, Ağsuda 265, İsmayıllıda 262 evin bərpa-gücləndirməsinə ehtiyac var. Şamaxıda 1800, Ağsuda 1022, İsmayıllıda 354 evin isə təmirə ehtiyacı var. Bütövlükdə bu rayonlarda 88 ev sökülməyə hazırlanıb, 65 ev sökülüb və sökülməyə başlanıb, həmçinin 38 evin tikintisi aparılır. Ümumiyyətlə, 491 ev qəzalı vəziyyətdədir.

Prezident İlham Əliyev: Yəni, hansılar ki, yenidən tikiləcək.

Kəmaləddin Heydərov: Bəli. Bunlar artıq sökülüb tikiləcək, 1665 ev bərpa olunacaq.

Prezident İlham Əliyev: Bəs qalan müraciətlər?

Kəmaləddin Heydərov: İndiyə qədər 7296 müraciət olub, onlardan 7264-nə baxılıb. On altı komissiya işləyir.

Prezident İlham Əliyev: Hələ komissiyaların işi davam edir?

Kəmaləddin Heydərov: Bəli, komissiyaların işləri davam edir. Çünki şikayətçilər bəzən deyirlər ki, bizimki bərpa deyil, qəzalıdır.

Prezident İlham Əliyev: Komissiya bu işlərə obyektiv baxsın.

Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi.”

Bəli, cənab Prezident ilkin olraq 2 milyon, sonra yenə işlərin davam etdirilməsi üçün əlavə 2 milyon və 3 milyon manat ayırmış və işlərin tamamlanması üçün də bir o qədər vəsait ayrırmışdır. Amma çox təəssüflər olsun ki, C.Qədirov kimi yerli məmurlar cənab prezidentin ayırdığı pullar hesabına yalnız özünə, dədsinə, əmisinə, qaynına, dostuna və digər dost tanışlarına ev tikilməsi və bərpası üçün tərtib etdiyi siyahını Ağsu rayon İH-nin FH komissiyasına təqdim etmişdir.

Rəsmi məlumatdan da göründüyü kimi zonada zəlzələ zamanı baş vermiş dğıntılarla bağlı FHN naziri cənab Kəmaləddin Heydərov edilən 7264 müraciətin hamısına 16 komissiya tərəfindən baxıldığını prezidentə bildirmişdir. Deməli, yerli məmurlar prezidentin tapşırığını deyil, yalnız özlərinin və yaxınlarının xeyrinə qanunsuz işlərlə məşğul olmuşlar. Bu gün 2022-ci ildə görürük ki, FHN-nin şefi hesab olunan Kəmaləddin cənab prezident İlham Əliyevə camaatın qarşısında yalan və saxta məlumatlar verib. Dövlətimizin başçısını tamailə aldadıb.

Mən, Qarabağ Müharibsi veteran, hazırda 18 il xidmət etdiyim DİO orqanlarından xəstəliymə görə 2020-ci ildən təqaüdə çıxmışam və ata evinə gəlmək istəyirəm. Amma evimiz köhnə və qəzalı vəziyyətdə olduğuna görə risk edib ailəmlə birlikdə yaşamaq istəsəm də uşaqlar razı olmurlar. Ona görəmi mən müharibədə 4 il can qoyub, sağlamlığımı itirib bu günə düşməliyəm ki, dövlət başçısının qəzalı vəziyyətə düşmüş evlərimizin təmiri üçün ayırdığı 7 milyon manat vəsaitləri haramzadalar mənimsəsin?

Hesab edirk ki, yerli dövlət məmurlarının bu hərəkəti iqtisadi cinayət və əxlaqsızlıqdır. Qəzalı vəziyyətə düşən kasıb sakinlərin evlərinin bərpası üçün dövlətimiz tərəfindən ayrılan külli-miqdarda vəsaitləri yerli məmurlarla FHN-nin Tikintidə Təhlükəsizlik Qayadaları idarəsinin rəhbərliyi arasında tikilən evlər satılaraq pulları mənimsənilmişdir. Haram olsun!

Nəticədə məmur özbaşnalığı biz sadə insanları dövlətdən məqsədli şəkildə narazı salırlar. Odur ki, cənab Prezident Sizdən çox xahiş edirk ki, korrupsiyalaşmış FHN-nin və yerli məmurların hamısı barəsində son fəaliyyətləri ilə əlaqədar aidiyyatı orqanlara dərhal tədbir görülməsi, və bizim yaşaması mümkün olmayan evlərimizə FHN-nin komissiyasının vicdanlı üzvlərinin yenidən baxış keçirib təmir olunması üçün mənimsənilən vəsaitlər hesabına həll edilməsinə göstəriş verəsiniz".

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024
13 05 2024