Sosial (1-03-2014, 11:20)
Deputat oğlu maşını güllələdi - Bakıda
Ötən ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə «Qaçqınkom»un nəzdindəki Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru vəzifəsindən çıxarılan deputat Ayaz Orucovun oğlu Bakıda olay yaradıb.
“Mediatv.az” xəbər verir ki, etibarlı mənbədən Bizimyol.info-ya daxil olan məlumata görə millət vəkilinin oğlu bahalı «Mercedes» avtomobilindən yaxınlığından keçən bir şəxsin avtomobilinə tapançadan atəş açıb. Nəticədə maşının arxa şüşəsi sınsa da, sürücü xəsarət almayıb. Onların arasında əvvəlcə mübahisə yaranıb, deputatın oğlu onu hövslədən çıxaran şəxsi elə yolun ortasında cəzalandırmaq qərarına gəlib.
Hadisə yerinə dərhal polis əməkdaşları gəlib. Hadisəni törədən şəxsin kimiliyi məlum olandan sonra işi «sakit» formada həll etməyə qərar veriblər. Mənbənin məlumatına görə hadisə Binəqədi rayon Polis İdarəsində araşdırılıb. Zərərçəkən sürücü 30 min manat kompensasiya aldıqdan sonra iş bağlanıb.