Sosial (12-02-2014, 10:38)
«8-ci km bazarı» kimlərindir?
İman adlı şəxsin şərikləri sırasında keçmiş deputat Gülər Əhmədova ilə yanaşı, Arzu Kazımov və prezidentin sabiq tərcüməçisi Rauf Hüseynovun da adları çəkilir
«Xalqlar Dostluğu» metrosunun yaxınlığında yerləşən və paytaxtda məşhur ticarət yerlərindən biri olan «8-ci km Bazarı» ilə bağlı maraqlı məlumatlar üzə çıxıb. Sözügedən bazarın başı həmişə bəlalı olub və dəfələrlə yandırılıb. Amma hər dəfəsində problem bir şəkildə həllini tapıb. Bunun isə səbəbləri olub.
Mənbə bildirir ki, bazarın rəhbəri hal hazırda «Qozbel» ləqəbi ilə tanınan İman adlı şəxsdir. Bu şəxsin əlaqələri geniş olsa da, iki əsas şəriki var. Onlardan biri adı Gülər Əhmədovanın işində keçən və sonradan həbs olunan Arzu Kazımovdur. Digəri isə Arzu Kazımovun qardaşı Nizamidir. Arzunun həbsindən sonra idarəçilik faktiki olaraq qardaşı Nizaminin və onların şəriki İmanın əlində qalıb.
Maraqlı məqamlardan biri odur ki, 8-ci km bazarında payı olanlardan birinin keçmiş deputat, hazırda həbsdə olan Gülər Əhmədova olduğu deyilir. Həmin məlumatlarda vurğulanır ki, Arzu Kazımova şərait yaradan sabiq deputat bu prosesi bir başqa adamın əliylə reallaşdırmağa nail olub. Deyilənlərə görə, mərhum prezident Heydər Əliyevin tərcüməçisi işləmiş Rauf Hüseynov da bir zamanlar bazarda pay sahibi olub. Lakin buraxdığı səhvlər üzündən işdən çıxarılan sözügedən şəxs ortadan çəkilib.
Belə ki, hələ 2000-ci ildə Rauf Hüseynov prezident Heydər Əliyevlə Amerikada olarkən, Bakıda məmurlardan biri sözügedən bazarı ələ keçirmək üçün addımlar atmağa başlayıb. Bu zaman İman Rauf Hüseynovun əmisi oğlu Güloğlan vasitəsi ilə vasitəçilər axtarmağa başlayır. Və qısa müddətdə söhbət Raufa çatır ki, o da problemi ölkənin birinci şəxsinə xahiş etməklə həll edir. Ardından isə bazarın şərikinə çevrilməyi bacarır. Amma sonradan tərcüməçinin işdən çıxması onun bazarla da əlaqələrinin kəsilməsinə səbəb olur.
Güloğlan Hüsyenovun kimliyindən də bəhs olunur. Bu şəxsin uzun müddət istehsalat sahəsində çalışdığını vurğulayan mənbə qeyd edib ki, Hüseynov hal hazırda Avropada yaşayır və bir müddətdir siyasi mühacir statusu alıb. Əmisi oğlu Rauf Hüseynovun isə adı müxalifətə dəstəkdə hallandığından Azərbaycanda durumu yaxşı hesab olunmur. Amma marqalı məqam odur ki, bu şəxsin vəhabi olması da deyilir. Hətta onun Bakıda vəhabilərə böyük miqdarda yardımlar etdiyinə dair iddialar da var.
Hal hazırda «8-ci km Bazarı»nın başında dayanan İman isə həbsdə olan Arzu Kazımovun payını vaxtlı-vaxtında çatdırır. Deyilənlərə görə, bundan əlavə o yüksək çinli məmurlardan birinin himayəsinə keçməyə çalışır. Həmin məmurun kimliyi bizə məlum olsa da, bəzi dəqiqləşdirmələr səbəbindən hələlik açıqlamırıq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024