Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (17-09-2021, 11:26)
Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı - NİYƏ?

Azərbaycanın peyvənd parportu Türkiyədə qəbul olunmadı
Azərbaycanda vaksin olunduğu üçün stadiona buraxılmayıb.
Bizimyol.info xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Tərlan Məmmədov adlı şəxs, Galatasaray-Lazio futbol komandaları arasında baş tutan oyuna baxmaq üçün uzun yol qət edərək, Türkiyəyə yola düşüb. Həmin şəxsin covid pasportu olmasına baxmayaraq, o, oyunun baş tutduğu stadiona buraxılmayıb.

Səbəb olaraq göstərilib ki, o, Azərbaycanda vaksin olunub və bu onlar tərəfindən qəbul olunmur. Əlavə olaraq stadion işçiləri tərəfindən bildirilib ki, sizin vaksin pasportunuz mütləq Türkiyə Səhiyyə Nazirliyinin təsdiqini almalıdır.

Qeyd edək ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti Türkiyə vasitəsilə gətirilən Sinovac hesabına peyvəndlənib.

Bu arada Sinovac vaksini almış şəxslər həmçinin bir çox Avropa ölkələrinə də buraxılmır.

Məsələ ilə bağlı bziimyol.info-ya Səhiyyə Nazirliyindən açıqlama verilərək bildirilib ki, covid pasportunun xarici ölkədə tanınmağı Səhiyyə Nazirliyinin səlahiyyətində olan məsələ deyil.

“Bu barədə Qərəgahla danışsanız yaxşı olar Biz yalnız vaksinasiya məntəqələrinə baxırıq”.

TƏBİB-lə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz uğursuz oldu.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
30 11 2025
30 11 2025
30 11 2025