Sosial (Bu gün, 08:12)
Səhiyyə sistemi şouya dönüb... - BUNUN BAŞQA ADI YOXDUR...
İNSAN SAĞLAMLIĞININ ŞOU TƏRƏFİHəkimləri efirə dəvət edən televiziyalar, onları təbliğ edən ənənəvi və elektron media vasitələri diqqətli olmalıdır.
Hansısa aparıcının cibi dolur, amma bu reklama aldanan insanlar həm mallarından, həm də canlarından olurlar.
Tibb işçilərinin şou proqramlara dəvət olunmasını isə ümumiyyətlə başa düşmək olmur. Əslində yaxşı həkimin reklama o qədər də ehtiyacı olmur. Savadlı həkimin sorağı tez yayılır.
Buna baxmayaraq, reklam olunmağa da pis baxmıram. Müasir dövrdə bu əlçatanlığın bir yoludur. Amma ucuz reklam olmasın.
İnsanları aldatmayıb insaflı olsunlar. Yoxsa, bəziləri ekranda görünən kimi qazanclarını necə artırmağı düşünürlər.
Pasiyent gəldikcə qiyməti qaldırırlar. Qarşısındakının xəstə olduğunu elə bil unudurlar. Belə vecsiz həkimlərin sayı təəssüf ki, indi çoxalıb. Tibbin hər sahəsində bunu görürük.
Reklam olunan həkimlərdən biri də Aytən Səfərovadır. Televiziya efirlərindən əskik olmayan bu xanımın reputasiyası heç də yaxşı deyil.
Səs-sorağı məhkəmələrdən gələn həkimi görəsən televiziya verilişlərinə hansı nailiyyətinə görə çağırırlar? Bu adamın yarımçıq müalicələrinin, yarımçıq əməliyyatlarının ucbatından neçə adamın sağlamlığı daha da pozulub.
Adam həkim yanına şəfa tapmaq üçün gəlir. Bu həkimin yanından isə əlavə dərdlə gedirlər. Bir zaman işlədiyi “Caspian İnternational Hospital”dan da Aytən Fəxrəddin qızı Səfərovanın qeyri-effektiv fəaliyyətinə görə onunla işə xitam verdiklərini bildirirlər.
Bunu pasiyentlərin müxtəlif vaxtlarda həkim Səfərova barəsində hüquq-mühafizə orqanlarına etdikləri şikayətlər də sübut edir.
İndi də Aytən Səfərova vəkili ilə birlikdə yeni şouya başlayıblar. Guya kartından 11 min manat çıxarılaraq mənimsənilib. Çox güman bu informasiyanın yayılması da Aytən Səfərovanın reklamına hesablanıb.
Hər halda son sözü hüquq-mühafizə orqanları deyəcəklər. Görək bu şounun gerçək tərəfi nədən ibarət olacaq?
Sima Babayeva - "DİA-AZ"
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
1 12 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
30 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025
29 11 2025



























