Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (20-11-2014, 19:52)
"Azərsu" məhkəmə çəkişməsində- kompensasiya vermək istəmir

 

"Oğuz-Qəbələ-Bakı” su kəmərinin istifadəyə verilməsindən dörd il keçsə də, hələ də zərərçəkən vətəndaşlar məhkəmə yollarındadır. Kəmərin çəkildiyi ərazilərdə əkin sahələri, fındıq bağları dağıdılmış, istifadəyə yararsız hala düşmüş vətəndaşlar hələ də hüquqlarını bərpa edə bilməyiblər. Bununla bağlı başlanan məhkəmə çəkişmələri isə illərlə davam edir, hakimlər işi süründürməçiliklə yola verir, vətəndaşlar isə kompensasiya ala bilmirlər.
Sözügedən kəmərlə bağlı onlarla vətəndaşın məhkəmə çəkişməsi hələ də davam edir. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının hüquqşünası Azər Quliyev məsələ ilə bağlı Musavat.com-a bildirib ki, hazırda zərərçəkən üç vətəndaşın işi Yasamal Rayon Məhkəməsindədir: "Bunlar Qəbələ sakinləridir. Onlar kompensasiya vermədiyinə görə "Azərsu” Səhmdar Cəmiyyətini məhkəməyə veriblər. Hacı Qocayev, Xalidə Qocayeva və Bayram Vəzirovun işi 2012-ci ilin dekabrından davam edir. Qanunla proses ən çox üç ay çəkməlidir, ancaq iki ildir. Məhkəmə və hakim Fuad Babayev işi yubadır”.
Onun sözlərinə görə, Şəki İnzibati-İqtisadi Məhkəməsində də sözügedən kəmərlə bağlı iki vətəndaşın işinə baxılır: "Bunlar Qəbələ sakinləri Aslan Sultanov və Əli Soltanovdur. Onlar da "Azərsu”dan onlara dəyən ziyana görə kompensasiyanın ödənilməsini tələb edirlər”.
Hüquqşünas bildirir ki, iki Oğuz sakininin işi də Bakı Apellyasiya Məhkəməsindədir: "Şövkət Babayev və Eyvaz Hüseynovun iddiasını Yasamal Məhkəməsi təmin etmişdi, "Azərsu” apellyasiya şikayəti verib”. 
Qeyd edək ki, "Oğuz-Qəbələ-Bakı” su kəmərinin çəkilişindən illər keçsə də, kəmərə görə zərər çəkən vətəndaşlara hələ də kompensasiya ödənməyib. Dörd minə yaxın vətəndaş pozulmuş hüquqlarını bərpa etməkdə acizdir. Onlardan bir qismi məhkəmələrə üz tutsa da, məhkəmələr çox hallarda onların hüquqlarını müdafiə etmir. Konkret olaraq, ölkənin 8 rayonunun ərazisindən keçən su kəmərinə görə 3257 torpaq mülkiyyətçisi itirilmiş mülkiyyətə görə kompensasiya ala bilmir. Bu, 16 min nəfərdən çox vətəndaş deməkdir. Məhkəmə işlərində isə bir neçə vətəndaşın iddiası təmin edlib və qərar icra edilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024