Gündəm (19-02-2014, 11:47)
Ali məktəblərə qəbul qaydaları elan olundu
2014-cü il üçün ali təhsil müəssisələrinə qəbul qaydaları elan olunub
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, "Abituriyent" jurnalının 1-ci sayında 2014/2015-ci tədris ili üçün Respublikanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramlarını dərc edilib.
BiG.Az xəbər verir ki, jurnalda aşağıdakı materiallar əksini tapıb:
2014/2015 - cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı proqramları
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik)
qəbul imtahanı proqramları
Hərbi liseylərə qəbul imtahanı proqramları
Ali təhsil müəssisələrinə qəbul imtahanı fənləri üzrə test tapşırığı nümunələri
Fənlər üzrə açıq tipli test tapşırığı nümunələri
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları
"Soruşun, cavab verək" rubrikasında oxucuların sorğularına TQDK mütəxəssislərinin izahlı cavabları
TQDK-da informasiya mübadiləsinin yeni ünvanı bölümündə TQDK-nın fəaliyyətinin bütün istiqamətlərinin facebook sosial şəbəkəsi vastəsi ilə ictimaiyyətə çatırılması haqqında məqalə
Test tapşırıqlarının düzgün cavabları və balların hesablanma qaydası
Fənlər üzrə açıq tipli test nümunələri –2013-cü ildə olduğu kimi bu il də bütün ixtisas qruplarında iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq: I ixtisas qrupunda – riyaziyyat və fizika; II ixtisas qrupunda – riyaziyyat və coğrafiya; III ixtisas qrupunda – riyaziyyat və tarix; IV ixtisas qrupunda – riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından da istifadə ediləcək. Açıq tipli test tapşırıqları biliklərin daha dərin səviyyələrinin üzə çıxarılmasına, bilikləri praktikada tətbiqetmə və yaradıcı düşünmə qabiliyyətlərinin qiymətləndirilməsinə, mənimsənilən ilkin kompetensiyaların – səriştəlilik keyfiyyətlərinin yoxlanılmasına yönəlir. Odur ki, şagird və abituriyentlərin açıq tipli test tapşırıqlarının modelləri, forma və tipləri haqqında təsəvvürlərinin daha da genişləndirilməsi, bu tipli tapşırıqlarla işləmək vərdişlərinin inkişaf etdirilməsi üçün onların nümunələri jurnalın bu sayında verilib.
Xatırladaq ki, bu tipli testlər həm də siniflər üzrə test kitabları, dərs vəsaitləri və bu yaxınlarda çapdan çıxmış test bankı toplularına daxil edilib. Bu tipli testlərin mütəmadi olaraq sınaq imtahanlarında da təqdim edilməsi də nəzərdə tutulur.
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları - Xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ali Hərbi Məktəblərə, Tibb Universitetinin Ali Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibb Məktəbinə və Hərbi liseylərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Jurnalda yuxarıda qeyd olunan tədris müəssisələrinə sənəd qəbulunun tarixi, tələb olunan sənədlərin siyahısı və digər zəruri materiallar dərc olunub. Bu bölmədə həmçinin Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul elanı da təqdim olunub.
"Soruşun cavab verək" - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına mütəmadi olaraq ictimaiyyətin müxtəlif təbəqələrdən çoxlu sayda sual, məktub və müraciətlər daxil olur. Jurnalın bu rubrikasında oxuculardan TQDK-ya daxil olan ən səciyyəvi sorğu və müraciətlərə Komissiyanın mütəxəssisləri tərəfindən hazırlanmış cavablar təqdim edilib. Bu material da qəbulla bağlı gəncləri maraqlandıran bir çox məqamlara aydınlıq gətirəcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024