Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (12-11-2014, 19:51)
Yasamal İcra Hakimiyyətindən şikayət - Köçürülmədə maliyyə fırıldaqları

Son illər paytaxtda aparılan abadlıq işləri təqdirəlayiqdir. Lakin təəssüf ki, bu zaman bəzi məmurlar tərəfindən bir sıra hallarda əhalinin mülkiyyət hüquqlarının pozulması da müşahidə olunur. "Sovetski"dəki köçürülmə əməliyyatı zamanı da bəzi vətəndaşların hüquqlar kobud şəkildə pozulub. Belə vətəndaşlardan biri də  Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi-9/96 ünvanda yaşayan İsmayılova Ceyran İfit qızıdır. Belə ki, Yasamal Rayon İcra Hakimiyyəti nəzdində yaradılmış işçi komissiyası Ceyran İsmayılovanın hüquqlarını pozub və ona verilməli olan kompensasiya tam ödənilməyib.

Onun hüquqi nümayəndəsi Məmmədov Bəhruz Əfruz oğlu Ceyran İsmayılovanın üzləşdiyi problemlə bağlı Prezident cənab İlham Əliyevə və KİV-ə müraciət ünvanlayıb.
Mia.az-a daxil olan müraciətdə bildirilir: "Möhtərəm cənab Prezident! Diqqətinizə çatdırmaq istəyirəm ki, mən dəfələrlə Sizə, ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, mərkəzi dövlət orqanlarının rəhbərlərinə, Baş nazirin müavini Abid Şərifova, Yasamal RİH başçısının I müavini Səməd İslamova və ölkəmizdə fəaliyyət göstərən bütün KİV-lərə hüquqlarını müdafiə etdiyim Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi-9/96 ünvanda yaşayan İsmayılova Ceyran İfit qızının mülkiyyət hüquqlarının Yasamal RİH nəzdində yaradılmış işçi komissiyası tərəfindən kobud surətdə pozulduğu barədə yazılı müraciət etmişəm. Çox təəssüf ki, bu günə kimi Yasamal RİH-i nəzdində yaradılmış işçi komissiyası tərəfindən özbaşınalıqlar, qanunsuzluqlar davam edir". 
Bəhruz Məmmədov bildirir ki, hüquqlarını müdafiə etdiyi Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi-9/96 ünvanda yaşayan İsmayılova Ceyran İfit qızının mülkiyyətində olan ikimərtəbəli, 156 kvadrametr yaşayış sahəsinin 110 kvadratmetri üçün 1000(min) manatdan, qalan hissəsi üçünsə 1500 (min beş yüz) manatdan kompensasiya ödənilib: "Cənab prezident! Siz 2012-ci il 16 aprel tarixində Nazirlər Kabinetində keçirilən müşavirədə "təyinatından və hüquqi statusundan asılı olmayaraq hər kvadratmetr tikiliyə 1500 (min beş yüz) manat ödənilməsi” barədə göstəriş vermişiniz. Sizin bu çıxışınızdan sonra Baş Nazirin müavini, Köçürülmə komissiyasının sədri Abid Şərifov da bütün KİV-lərdə və "Sovetski” sakinləri ilə keçirilən görüşlərdə bu məzmunda çıxışlar edib. O, bu çıxışları Sizin çıxışınızda sitatlar gətirməklə yekunlaşdırıb. Mən altı ay ərzində hüququ nümayəndə olaraq, bu fikiri yazılı və şifahi formada Yasamal RİH nəzdində yaradılmış işçi komissiyasının üzvlərinə çatdırsam da, onlar belə bir çıxışın, tağşırığın, göstərişin olmadığını israr edirdilər. Bütün bunlara görə adı qeyd olunan komissiyaya rəhbərlik edənlər tərəfindən təqib və təziqlərə məruz qaldığımdan, mən məcburi şəkildə hüquqlarını müdafiə etdiyim vətəndaşın hüquqi müdafiəsindən geri çəkildim. Ancaq mülkiyyətiçinin mənə "Sən komissiya rəhbərləri ilə "bazarlıq” edib, mənim mülkiyyətimi batırdın. Bizi - 13 nəfərlik İsnayılovlar ailəsini evsiz-eşiksiz qoydun!” ittihamindan sonra "satılmadığımı” sübut etmək üçün mənə olan təhdid və təzyiqlərdən çəkinmədən yenidən İsmayılova Ceyran İfit qızının hüquqlarını müdafiə etdim. 
Möhtərəm cənab Prezident! Ən əsası isə hüquqi nümayəndə kimi bu 6-7 ay ərzində Yasamal RİH nəzdində yaradılmış işçi komissiyasının sədri Səməd İslamaova və komissiyanın qalan üzvlərinə Sizin məlum çıxışınız olduğunu sübut edə bilmirdim. Amma gec də olsa Səməd İslamov cənabları ölkəmizdə fəaliyyət göstərən əksər qəzet və saytlarda, o cümlədən 22.10.2014-cü il tarixli "Media forum” saytında təyinatından və hüquqi statusundan asılı olmayaraq, bütün tikililərin hər kvadratmetri 1000(min) manatdan, qalan hissəsi üçünsə 1500 (min beş yüz) manatdan ödənildiyini bildirmişdir. 
Möhtərəm cənab Prezident! Əlavə olaraq onu da bildirirəm ki, köçürülmə xərcləri kimi hər bir mülkiyyətçiyə 400 (dörd yüz) manat ödənilməsi nəzərdə tutulub, qanunamüvafiq elan edilsə də, bütün köçürülən "Sovetski” sakini kimi Ceyran İsmayılovanın da halal 400 (dörd yüz) manatı mənimsənilmiş, bu günə kimi ödənilməmişdir. Onu da qeyd etmək yerinə düşər ki, Yasamal RİH-i nəzdində yaradılmış işçi komissiyasının rəhbərlərindən, Maliyyə Nazirliyinin məsul vəzifə sahibi Cavanşir Yusifov dəvət olunduğum komissiyanın iclasından birində hamının qarşısında bildirdi ki, "Sizə ödənilmiş məbləği geri qaytarın, sonra biz qəbul etdiyimiz qərar barədə məlumat verərik!” Bu qərarın nədən ibarət olacağı bizə məlum deyil. Möhtərəm cənab Prezident! Bizə məlum olan 55.000 (əlli beş min) manatın qeyri-müəyyən taleyidir. Qeyd edim ki, əvvəl bunlar qanunsuz tikili hesab etdikləri tikililərin hər kvadratmetrinə verilən 1000(min) manatın rəsmi və ədalətli olduğunu bildirirdilər. Ancaq nə yaxşı ki, uzun müddət keçəndən sonra Yasamal RİH-i nəzdində yaradılmış işçi komissiyasının sədri Səməd İslamov bütün növ tikililərin hər kvadratmetri üçün 1500 (min beş yüz) manat ödənildiyini israr edir. Faktiki olaraq isə bu məbləğ 1000(min) manatdır. Xahiş edirəm Səməd İslamaov və Cavanşir Yusifov bu uyğunsuzluğa izahat versinlər. Mən, bu haqsızlıqlar və bu qanunsuzluqlar ilə əlaqədar olaraq dəfələrlə Baş nazirin müavini Abid Şərifovun 050-211-21-82 saylı mobil telefonuna zəng vurub, Sabutay adlı köməkçi ilə əlaqə saxlamışam. Ondan kömək istəmişəm. İlk əvvəllər Abid Şərifov mənə kömək edəcəyini mənə vəd etsə də, sonradan mən özümü təqdim edib problemi ona xatırladanda çıxış yolunu telefonu qabatmaqda gördü. Bundan sonra məcbur olub Nazirlər Kabinətinə hər ay üçün müəyyən olunmuş qəbul günlərində qəbula yazılsam da, Abid Şərifov tərəfindən qəbul edilməmişəm. Lakin Abid Şərifovun şəxsi tağşırığı ilə Maliyyə Nazirliyinin Aydın Hüseynov adlı əməkdaşı mənimlə əlaqə saxlayaraq evlə bağlı müvafiq sənədlərin Yasamal RİH nəzdində yaradılmış işçi komissiyasına təqdim edilməsini tapşırmışdır. Ona qədər tələb edilən qaydada bütün "Sovetski” sakinləri kimi sənədləri 3 nüsxədə, paket şəklində təqdim etmişik və həmin sənədlərə uyğun olaraq, adı şəkilən komissiya tərəfindən qiymətləndirilmə və digər proseduralar həyata keçirilib. Biz də mülkiyyətçi olaraq qiymətləndirilmənin ədalətsiz, qanunazidd, Prezidentin rəsmi göstərişinin əleyhinə olaraq həyata keçirildiyini nəzərə alaraq şikayətçiyik!.." 
Daha sonra Bəhruz Məmmədov şikayətində bildirir: "Möhtərəm cənab Prezident! Mən, Yasamal RİH-i nəzdində yaradılmış işçi komissiyasının qanunsuz, özbaşına əməllərindən hara yazıramsa, şikayətim ya komissiyaya, ya da Yasamal RİH-ə qaytarılır. Onlar isə bundan ruhlanaraq məni məzəmmət edir və "Get hara şikayət edirsən et. Sənin səsini eşidən olmayacaq. Çünki, sənin səsini biz artıq batırmışıq!” cavabını verirlər. Möhtərəm cənab Prezident! Mən əminəm ki, mülkiyyət hüququ pozulmuş İsmayılova Ceyran İfit qızının köməksiz, mənzilsiz qalmış 13 nəfərlik ailəsinin səsini eşidəcəksiniz. Biz ədaləti yalnız Sizdən gözləyirik. Bizi gələcəkdə Yasamal RİH-i nəzdində yaradılmış işçi komissiya rəhbərləri tərəfindən başımıza gətiriləcək bəlalardan xilas edin və imkan verməyin ki, 13 nəfərin mükiyyət haqqını başqaları tapdalasınlar. Bir daha Sizdən xahiş edirik, bu məsələni Şəxsi nəzarətinizdə saxlayın. Bizə ödənilməmiş 55.000 (əlli beş min) manatın ödənilməsi üçün köməklik göstərin".
Şikayətdə adıçəkilənlərin mövqeyini də dinləməyə hazırıq.

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
20 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024
19 09 2024