Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (21-10-2014, 14:56)
Özü və 3 uşağı yararsız evdə xəstəlik tapan ana icra başçısından narazılıq edir - ""Delfin" MMC başçının dəstəyi ilə torpaq sahəmi zəbt etdi"

Xətai Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Razim Məmmədovun fəaliyyətindəki qanun pozuntuları ilə bağlı rəsmi dövlət qurumlarına ünvanlanan şikayətlərin sayı-hesabı yoxdur desək yəqin ki, yanılmarıq. Mətbuatda yayılan məlumatlardan aydın şəkildə görünür ki, paytaxtın icra başçıları arasında ən çox tənqidə tuş gələn məhz Razim Məmmədovdur. "Gündəlik Bakı" qəzeti olaraq icra hakiminin fəaliyyətindəki nöqsanlar, habelə Xətai sakinlərini narahat edən sosial problemlər haqqında dəfələrlə tənqidi yazılar dərc etmişik.

Amma buna baxmayaraq, icra başçısı qanunsuz əməllərindən əl çəkmir və yerli əhalinin hüquqlarını pozmaqda davam edir. Qeyd edək ki, adıçəkilən məmur rayona rəhbərlik etdiyi illər ərzində vətəndaşların halına yanmayıb və daha çox şəxsi maraqlarını təmin edib. Belə ki, icra başçısı Xətai rayonu ərazisində boş torpaq sahələrini, həmçinin yaşıllıq massivlərini müxtəlif iş adamlarına satmaqla sərvətini artırıb. Bayaq qeyd etdiyimiz kimi, Razim Məmmədov sakinlərə qarşı haqsızlıq edir, onların vətəndaşlıq hüquqlarını pozur və əksər hallarda cənab prezidentin tapşırıqlarına əhəmiyyət vermir. Xətai rayonu, məhəllə 29/44, ev 131 ünvanında yaşayan Qönçə Səmədova neçə illərdir ki, icra başçısından yuxarı instansiyalara şikayət ünvanlayır. Lakin bu vaxta kimi onun problemi ilə maraqlanan olmayıb. Dünən yenidən redaksiyamızla əlaqə saxlayan Qönçə xanım icra hakiminin özbaşına əməllərindən şikayət etdi: "Həyat yoldaşımı itirmişəm. Təkbaşına 3 uşaq saxlayıb bu günə çatdırmışam. Uşaqlarımdan biri astma xəstəsidir, 6 yaşından ikinci qrup əlildir. 1992-ci ildən Xətai Rayon İcra Hakimiyyətində mənzil növbəsindəyəm. Hazırda yaşadığım mənzilin sahəsi 26 kvadratmetrdir. Evim bərbad vəziyyətdədir. Özünüz gəlib hər şeyi, yaşadığım şəraiti görmüsünüz, əlavə şərhə ehtiyac yoxdur. Mənzilim qəzalı vəziyyətdə olsa da, Xətai Rayon İcra Hakimiyyətinin rəsmiləri mənə heç bir köməklik göstərmirlər. 1994-cü ildə qonşum pəncərəmin qabağında qaraj tikməklə evimə gələn gün işığının qarşısını aldı. İllərlə ora-bura şikayətlər yazandan sonra pəncərəmin qabağını sökdürə bildim. Evimin qəzalı vəziyyətinə əlac etməkdənsə, hər dəfə gəlib-gedirlər, yazırlar ki, ev özbaşına tikilidir, heç bir köməklik etmirlər". Qönçə Səmədovanın sözlərinə görə, evi yaşayış üçün əlverişsiz olduğundan digər övladları da astma xəstəliyinə tutulub: "Mənzilimin qəzalı vəziyyətdə olmasını həm Xətai Rayon İcra Hakimiyyəti, həm də Fövqəladə Hallar Nazirliyi təsdiq edib. Prezidentin fərmanı var ki, kim 5 il bir ünvanda yaşayırsa, həmin torpaq sahəsi ona verilməlidir. Hamı kimi mən də yaşadığım yerə yaxın bir neçə sot torpaq sahəsi hasarlayıb bağ salmışdım. Ağac əkib qulluq edib boya-başa çatdırmışdım. Bağın uzunluğu 60, eni isə 20 metr idi. 2005-ci ildə bağım qanunsuz şəkildə zəbt olundu, əkdiyim ağacları vəhşicəsinə məhv etdilər. "Delfin" MMC Xətai Rayon İcra Hakimiyyətinin himayədarlığı ilə mənə məxsus olan torpaq sahəsini zəbt etdi. Bu şirkət qonşuluqdakı bağ sahələrini də ələ keçirib. Həmin sahələrin heç bir sənədi yox idi, lakin "Delfin" MMC onların sahiblərinə 200-300 min manat kompensasiya verdi. Mən isə haqqımı tələb edəndə deyirlər ki, get ürəyin hara istəyir şikayət elə. Görürlər ki, arxam-dayağım yoxdur, kimsəsiz qadınam məni və ailəmi əzmək istəyirlər. Şirkət rəhbərliyinin Razim Məmmədovdan beli bağlıdır. İcra hakimi MMC-yə qanunları pozmaqda hər cür şərait yaradıb. Qızımın xəstəliyi ilə bağlı bütün lazımi sənədlər var. Heç olmasa, bir otaqlı ev versinlər astma xəstəsi olan qızımı orda rahat yaşadım, müalicə edim. Razim Məmmədov "Delfin" MMC-nin rəhbəri Hacı Kamalla əlbir olub ailəmizə zülm edir. İcra başçısı qanunları pozaraq 5 il mənim istifadəmdə olan torpaq sahəsini şirkətə satdı. Amma bunun qarşılığında mənə heç bir kompensasiya verilmədi". Şikayətçi deyir ki, bu ilin may ayında ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə keçirilən tədbirdə prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva ilə görüşüb: "Cənab prezidentə problemim haqda danışdım və o mənə söz verdi ki, məsələ tezliklə həllini tapacaq. Təəssüf ki, Razim Məmmədov prezidentin göstərişinə məhəl qoymadı. Bu adam yenə də öz bildiyini edir. Axı onun arxasında kim dayanıb ki, qanunlara və ölkə rəhbərliyinin tapşırıqlarına belə hörmətsizlik edir? Qəzet vasitəsilə İlham Əliyev cənablarına müraciət edib ondan kömək istəyirəm. Ondan başqa ümid və sığınacaq yerim yoxdur. Prezidentdən xahiş edirəm ki, pozulmuş hüquqlarımın bərpası və Razim Məmmədovun cəzalandırılması üçün tədbir görsün". Gələn saylarımızda icra başçısının bəzi iş adamları və torpaq dəllalları ilə işbirliyi haqda şok faktları açıqlayacağıq. \\ gundelik-baki \\

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024