Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (27-04-2021, 10:12)
120 min əməkçi miqrant geri dönərsə... - GƏLİŞMƏ

120 min əməkçi miqrant geri dönərsə...
Əgər Rusiya ərazisindən çıxarmağa hazırlaşdığı əməkçi miqrantların ölkələri siyahısında yalnız Azərbaycanın adını çəksəydi və yaxud da bu məsələ ilk dəfə məhz indi qaldırılsaydı, biz tərəddüd etmədən deyərdik ki, Moskva bununla Azərbaycana təzyiq etməyi düşünür.

Məqsəd də ən yaxın planda “İsgəndər - M” raketləri ilə bağlı söhbətlərdən diqqəti yayındırmaq, uzaq planda isə Azərbaycanı da KTMT-yə və Avrasiya İqtisadi Birliyinə üzv olmağa sövq etməkdir, çünki raketlərlə bağlı Azərbaycan demək olar ki, bütün sübut və dəlilləri təqdim edib, KTMT və AİB ilə bağlı isə onu demək olar ki, Kreml bu məsələni daim gündəmdə saxlayıb və bir çox politoloqlar belə düşünür ki, Moskvanın İkinci Qarabağ Savaşındakı güzəştinin müqabilində Bakı da güzəşt etməli və Rusiyanın inteqrativ planlarına “hə” deməlidir.

Həm də miqrant məsələsinin daim siyasi çalarları olubdur. Moskva Bakıya təzyiq etməyi düşünəndə daim bu məsələni qaldırıb. Hətta yadımızdadır ki, təzəcə prezident olmuş Vladimir Putin miqrantların hər ay Azərbaycana, öz ailələrinə və yaxınlarına göndərdiyi pulları saymağa başlamışdı.

Nə qədər qəribə olsa da, ondan daha avtoritar və yaxud daha sərt lider hesab edilən Boris Yeltsin bu məsələyə daha dözümlə yanaşırdı, yəqin ona görə ki, gözəl başa düşürdü ki, ölkəyə ucuz işçi qüvvəsi də lazımdır.

O ki qaldı indiki məsələyə, burada bir neçə məqam var. Belə ki, Rusiyanın daxili işlər naziri demək olar, on post-sovet ölkəsinin adını çəkibdir. Burada Azərbaycandan başqa Mərkəzi Asiya ölkələrinin də, hətta Gürcüstanın, Moldovanın və Ukraynanın da adı var. İkincisi, məsələ bir neçə ay irəli başlamışdı. O vaxt prezident Vladimir Putin miqrantların qalma müddətini iyunun 15-nə qədər uzatdı. Elə daxili işlər naziri də guya ki, həmin qərara istinad edir.

Əlbəttə ki, motivindən asılı olmayaraq xəbər bütün hallarda xoş ovqat yaratmır, çünki bu təkcə 120 min iş yeri demək deyil, elə o qədər də ailə üçün yeni sosial qayğılar deməkdir.

Məsələyə sırf işçi qüvvəsi kimi yanaşsaq, Azərbaycan Qarabağda geniş miqyaslı bərpa işlərinə hazırlaşır. Bu isə on minlərlə iş yeri deməkdir və bəzi təhlilçilər bunu əsas götürərək məsələni şişirtməməyi tövsiyə edir.

Ümumiyyətlə, belə hesab edirik ki, məsələ dramatik düyün almayacaq. O səbəbdən ki, pandemiya dövrü Rusiyanın ucuz işçi qüvvəsinə ehtiyacını bir az da artırır. Üstəlik, post-sovet ölkələrindən gələn miqrantların bir çox üstünlükləri var. Onlara dil öyrətmək lazım deyil, bu insanlar yüksək tələblər irəli sürmürlər və o işlərdən yapışırlar ki, bu işlər rusların özlərini demək olar ki, cəlb etmir.

Niyə bu məsələ indi qaldırıldı - bunu da izah etməyə çalışmaq olar. Birincisi, iyun ayına elə də çox qalmayıb. İkincisi, arabir postsovet ölkələrinə acı xəbərlər çatdırmaq lazımdır ki, onlar kimə daha çox borclu olduqlarını unutmasınlar.

O ki qaldı sırf Azərbaycan məsələsinə, “İsgəndər” raketlərinin Ermənistana qaçaqmal yolu ilə gəldiyi deyilir. Amma düşünürük ki, bu elə mafiyadır ki, onun işində Rusiyanın güc strukturlarının da hansısa formada iştirakı var, çünki söhbət “Kalaşnikov” avtomatlarından yox, yaxın və orta mənzilli ballistik raketlərdən gedir.

Belə bir məsələ qələmə alınsaydı, necə deyərlər, ən bərk gedən detektiv romanının predmeti ola bilərdi. Əgər məsələ həqiqətən də qaçaqmalçılıqdırsa, düşünürük ki, bu Rusiyanın xüsusi orqanları üçün də maraqlı olmalıdır, çünki bu minvalla beynəlxalq silah mafiyasının iştahı bir az da arta bilər - məsələn, onlar Ermənistana nüvə silahı göndərmək eşqinə də düşə bilərlər...
Hüseynbala Səlimov
 //musavat.com//
шаблоны для dle 11.2

Xəbər lenti
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025