Siyasət (3-03-2021, 13:53)
“Xəritələr heç Ermənistanın özündə də yoxdur, çünki...” – Minalardan necə yan keçməli?
"Minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi təmin olunmalıdır. Bu məqsədlə Bakı Moskvanın əliylə Ermənistana daha təsirli təzyiq göstərməlidr. Problemin həllinin yeganə yolu budur”.
Bu sözləri "Mediatv.az"-a açıqlamasında hərbçi ekspert İbrahim Rüstəmli deyib: "Minalarla bağlı yaşanan problem müharibədən sonrakı müharibədir. Hazırda da müharibə şəraitindəyik. Təəssüf ki, bundan sonra da itkilərimiz olacaq”.
Ekspertin fikrincə, bu məsələnin həlli kompleks yanaşma tələb edir: "Azərbaycan, Ermənistan və Rusiya birgə fəaliyyət planı həyata keçirməlidir. Amma təəssüf ki, regiondakı mövcud geosiyasi reallıq həmin istiqamətdə birgə fəaliyyətin mümkün olmadığını göstərir. Hətta Rusiya sülhməramlılarının özləri də mina partlayışlarından ziyan çəkir. Amma nədənsə Kreml minalanmış ərazilərin xəritəsinin alınması məsələsində prinsipial deyil. Ola bilsin, minalanmış ərazilərin tam olaraq xətirələri heç Ermənistan tərəfdə də yoxdur. Çünki ermənilər həmin ərazilərdən xaotik şəkildə çıxmağa və çıxarkən minalamağa məcbur olublar. Bu zaman isə həmin ərazilərin konkret koordinatlarını müəyyənləşdirmək çətindir”.
Bununla belə, ekspert düşünür ki, bu, minalanmış bütün ərazilərı əhatə etmir: "Ərazilərin böyük qismi müharibəyə qədər minalanıb və bununla bağlı xəritələr olmaya bilməz. Erməni tərəfi məhz həmin xəritələri Azərbaycan tərəfinə təqdim etməlidir. Əks halda bu davranış da növbəti hərbi cinayət əməli kimi dəyərləndiriləcək”.
Həmsöhbətimiz düşünür ki, sözügedən məsələnin yeganə həlli Moskvanın İrəvana təzyiq etməsindən keçir: "Azərbaycan minalanmış ərazilər üzrə xəritələri əldə etmək üçün vasitəçilərin, xüsusən Rusiyanın köməyilə İrəvana daha ciddi təzyiq göstərilməsinə nail olmalıdır. Mina məsələsinə görə, yenidən hərbi əməliyyatlara başlamağa isə ehtiyac yoxdur”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
31 10 2024