Sosial (11-04-2021, 09:02)
Ağıla batmayan böhtan
,Üç gün əvvəl bəzi kütləvi informasiya vasitələrində Suraxanıdakı 15 saylı Birləşmiş Şəhər Xəstəxanasında guya Covid-19 əleyhinə vaksinlərlə möhtəkirlik edildiyi barədə məlumat yayılıb.
“Mediatv.az” saytının əməkdaşları həmin məlumatın izi ilə araşdırma aparmaq məqsədilə sözügedən tibb müəssisəsinin həndəvərində olublar və peyvənd olunan bir neçə pasientlə görüşüb fikirlərini öyrəniblər. İlk növbədə məlum olub ki, həmin şəxslərin hamısı hazırki mərhələdə vaksinasiyaya cəlb olunan yaşı 40-ı ötmüş şəxslərdir. Pasientlər bildiriblər ki, hökumətin bu məsələ ilə bağlı təlimatına uyğun prosedurları yerinə yetiriblər; yəni, əvvəlcə “randevu.az” portalında qeydiyyatdan keçərək, peyvənd olunacaqları tibb müəssisəsini və birinci dozanın tarixini özləri seçiblər. Onlar həmçinin portaldan telefonlarına gəlmiş mesajları və xəstəxanada adlarına açılmış, vaksinasiya ilə bağlı məlumatı əks etdirən tibbi kartları da həvəslə göstəriblər. Eyni zamanda bildiriblər ki, xəstəxanada peyvəndləmə ilə bağlı heç bir problemə rast gəlməyiblər. Vaksin vurulmazdan qabaq onların səhhət durumu yoxlanılıb, vurdurduqdan sonra müəyyən vaxtadək (təxminən 15 dəqiqə) xəstəxanada gözləmələri təklif olunub. Həmin vaxt ərzində əhvallarında mənfi dəyişiklik hiss edilmədiyindən, sərbəst buraxılıblar. Tibb işçiləri peyvənd edilmiş şəxslərə vacib tövsiyələr də veriblər.Sonra əməkdaşlarımız poliklinikanın baş həkimi Ramella xanım Quliyeva ilə görüşərək bu məsələ aydınlıq gətirməsini istəyiblər.Baş həkim yayılan informasiyanın tam əsassız,yalan və qarayaxma olduğunu bildirib.Burada belə bir halın ümumiyyətlə baş vermədiyini,vaksinasiyanın tam təlimata uygun aparıldığını bildirib.
Həqiqətən də vaksinasiya ilə bağlı prosedurlar elədir ki, şəffaflıq təmin olunduğundan, bu məsələ ilə ehtikarlıq eləmək istəsən belə mexanizmi yoxdur. Yəni, randevu almadan xəstəxanaya gələn bir nəfərə növbədənkənar vaksin vurmaq üçün gərək növbə tutmuş kimisə vaksindən birdəfəlik imtina etməyə razı salasan ki, bu da ağlabatan görünmür.
Gərək böhtanı da elə uydurasan ki, ağıla batsın.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025






















