Sosial (18-03-2021, 13:25)
İnsanlar Britaniya ştammını necə aşkarlaya bilər? – Açıqlama
Qonşu ölkələrə çatdığı üçün bizdə də koronavirusun Britaniya ştammının qeydə alınması ehtimalı var.Bunu ölkəmizdə Britaniya ştammının olması barədə yayılan iddialara cavab verən tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib. O bildirib ki, bu günədək Britaniya ştammı qeydə alınan xəstələr arasında ölüm sayında ciddi dəyişikliklər olmayıb:
“Bu, aidiyyəti qurumlar tərəfindən təsdiqlənməsə də, əhali arasında ajiotaja səbəb olub. Lakin qeyd edim ki, iki ay əvvəl Britaniyada qeydə alınan bu virusdan sonra ölüm hallarında ciddi dəyişiklik olmadı. Bu ölkədə qorxulu nəticə olmadısa, deməli, qorxmağa ehtiyac yoxdur. Bu ştammın yalnız sürətlə yayıldığı bildirilir”.
V.Cavadzadə onu da deyib ki, virusa yoluxan şəxslərin özü onun Britaniya ştammı olub-olmamasını müəyyənləşdirə bilməzlər:
“Koronaviruslu xəstələr özləri hiss edə bilməz ki, bu, Britaniya ştammıdır, yoxsa yox. Bu ştammın ayrıca klinik xüsusiyyətləri yoxdur. Adi koronavirusla bütün əlamətləri və müalicəsi eynidir. Onu yalnız PCR diaqnostikasında aşkarlamaq mümkündür”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025






















