Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-03-2021, 13:20)
“Qələbəmiz adi bir məsələ deyildi, xalqımız yatmış şirdi, oyananda qarşısında heç kəs dayana bilməz...” - Rəşid Mahmudov

 Xəbər verdiyimiz kimi bu gün xalqımız torpaq çərşənbəsini qeyd edir. Bu münasibətlər tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov Azərbaycan xalqını təbrik edib. O, "Mediatv.az"-a açıqlamasında bunları deyib:

“Özünüz də şahidi oldunuz bu xalq Vətən müharibəsində necə bir qəhrəmanlıq göstərdi. Bu gün bizim axırıncı, torpaq çərşənbəmiz qeyd olunur. Torpaqla işləmək, zəhmət çəkmək lazımdır. İnsanlar bununla həyatını qurmalıdır. İnsanlar onu da bilməlidir ki, bunun dinlə əlaqəsi yoxdur. Zərdüştün dövründən bizdə Novruz bayramları olub. Bu yazın gəlişi, ilin başlanması, torpağın oyanışı, suyun çoxalması, ağacların oyanması, insanların qanının oyanması ilə əlaqədardır. Bayram münasibətilə bütün xalqımızı, vətənimizdə yaşayan irqindən, millətindən asılı olmayaraq bütün insanların hamısını təbrik edirəm. Türk xalqının q ürurunu özünə qaytaran ordumuzu təbrik edirəm. Şəhidlərimizin analarını bizə bu qüruru yaşatdıqlarına görə təbrik edirəm. Onlarla mən fəx edirəm. Analar ağlamasınlar. Çünki biz elə bir millətik ki, dünyadan bizdən yoxdur, həqiqəti axtarırıq. Amma başqa dövlətlər hər şeyi yalan üzərində qururlar. Türk olaraq bizim heç vaxt başqa millətlərin torpağında gözümüz olmayıb. Onların öz həyat tərzi var, bunlardan biri də Novruz bayramının gəlməsidir”.

R.Mahmudov kəndlərindəki qədim ənənədən də söz açıb:

“Vaxtilə bizim kənddə Mirağa kişi var idi. Bizim kəndimiz 45 evdən ibarət idi. Hər evdə ərişdəli və düyülü plov bişirilərdi. Bundan başqa kimin imkanı çatırdısa, ayrı yeməklər də bişirərdi. Bu kişilər yığılıb bir-birinin evinə gedib o yeməkdən dadardı. Bununla da adamların bir-birindən küslülüyü qalmazdı. Bu çox gözəl və önəmli bir bayramdır”.

R.Mahmudov Vətən müharibəmizdəki qələbəmizdən də danışıb:

“2020-ci il bizim üçün həm ağır bir il oldu. Biz müharibə edib 44 gündə prezidentimizin rəhbərliyi ilə vətənimiz böyük bir bəladan qurtardı. Çünki ermənilər həmişə bizə düşmən gözüylə baxıblar. Onlar körpəlikdən uşaqlarına deyir ki, “bizim düşmənimiz türkdür, azərbaycanlılardır”. Dağa da düşmən desən, əriyəcək. Ermənilər o qədər güclü deyillər ki, bizə qalib gəlsinlər. Onlar dörd milyona çatan kimi bir hoqqa çıxardıb qırılırlar. Belə siyasət olarmı, sənin başqasının torpağında niyə gözün var? Yəni bizim xalq həqiqəti, insanları sevir və ona görə də yaşamağa haqqı var”.

R.Mahmudov bu qələbəni bizə yaşadan şəhid analarına da təşəkkür edib:

“Mən əziz şəhid və qazi analarına demək istəyirəm ki, siz böyük insanlarsınız. Əminəm ki, bizim bu qələbəmiz adi bir məsələ deyildi, xalqımız yatmış şirdi, o oyananda qarşısında heç kəs dayana bilməz. Şəhid anaları bilməlidir ki, onların övladları tarix yazdılar. Çanaqqala döyüşündə bizim 123 insanımız iştirak edib və şəhid olublar. Bu gün də onların adı yaşayır. Bu qələbəni bizə yaşadan hərbçilərimiz, gənclərimiz oldu. Şuşa əməliyyatı tarixə düşdü. Bunu dünyada heç kəs edə bilməzdi, amma biz bacardıq. Əminəm ki, Qarabağ torpağı bizimdir və tam bizim olacaq. Azərbaycanda bütün millətlərin nümayəndələri yaşaya bilər, amma torpaq bizimdir, heç kəs buna sahib çıxa bilməz. Torqaq namusdur. Mən bütün Azərbaycan xalqını təbrik edirəm. Şuşada olan hərbçilərimiz həmişə mənimlə telefon əlaqəsi saxlayırlar. Onların hamısını salamlayıram. Dostum, döyüşçü Əli Əliyevi salamlayıram. O, polkovnikdi, bir qıçını itirib”.шаблоны для dle 11.2

Xəbər lenti
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
3 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025
2 12 2025