Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (22-10-2014, 19:58)
"İcra başçısının müavini 3 min manat rüşvət istədi, vermədim..." - YAP-çıdan iddialı şikayət

Mənim 62 yaşım var, bu yaşıma kimi  indiyə qədər görmədiyim qanunsuzluqla  üzləşmişəm”. 

Bu sözlər Zərdab rayonu, Çallı kənd sakini Zamanov Sovqat Nadir oğlu Mia.az-a gönrəilmiş şikayət məktubunda bildirilib. 

Şikayətçi yazır ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edən Zərdab Rayon İcra Hakimiyyəti başçısının 1- ci müavini Allahverdi Səfərovun göstərişi ilə halal torpaq sahəsində mişar daşından çəkdirdiyi 50 metr uzunluğunda hasarı qanunsuz olaraq ekskavatorla dağıdılıb: 

"İcra başçısının müavini hasarımı vəhşicəsinə söküb yerlə -yeksan edib. Səbəb isə onu göstəriblər ki, guya mən həmin torpağı zəbt etmişəm və qanunsuz hasar çəkdirmişəm. Əslində isə həmin torpaq mənə məxsusdur. Bunu təsdiq edən sənəd-sübut da var. Belə ki, həyətyanı torpaq sahəm 2200 kv.metrdir ki, orada 50 metr uzunluğunda mişar daşından hasar çəkdirdim.Çallı kənd icra nümayəndəsi Ramiz Məmmədov gəlib mənə bildirdi ki, burada çəkdirdiyin hasar zəbt etdiyin torpağın üzərinə düşür. Mən bundan ötürü rayon rəhbərliyinə müraciət etdim. Düşündüm ki, qanunu torpağım olduğu üçün rayon rəbərliyi kömək edər. Ancaq rayon İcra başçısının müavini  savadsızlığımdan istifadə edib, məndən 3000 manat pul istədi. Bu halda dedi ki, hasar yerində qalsın, üstəlik torpağı da mənə verəcəklər”. 

Şikayətçi iddia edir ki, o, rüşvəti verməyib: "Mən buna qəti olaraq  etraz etdim. Səhəri gün başıma bu oyunu gətirdilər, qəzəblənib qanunsuz olaraq hasarımı uçurtdular. 

Qeyd edim ki, indiyə qədər elə bilirdim ki, bu qanunsuzluqdan , özbaşınalıqdan İcra başçısı Lütvəli Babayevin xəbəri yoxdur. Sən demə bütün bu korrupsiyanın, vəhşiliyin başında elə icra başçısı Lütvəli Babayev özü şəxsən  dayanırmış. Çünki bu qanunsuzluq barədə ona göndərdiyim teleqramlara, şikayət ərizələrinə indiyə qədər  cavab verməyib, qanunu tədbir görməyib. 

Maraqlı bir faktı da qeyd edim ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin  texniki səhvi üzündən  bizə ayrılmış torpaq sahəsini  sənəddə 2200 kv.m göstərmək əvəzinə 1922 kv.m göstərmişdir ki, bu barədə Callı bələdiyyəsinin sədirinin cavab məktubu var. Həmin məktubu mətbuata təqdim edirəm. Bu boyda qanunsuzluq , özbaşınalıq olmaz. 

Mən mərhum Prezident Heydər Əliyevin imzası ilə 2002-ci il tarixdən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin saxtakarlıq, kələk yolu ilə pul qazanmaq ideyasını həyata keçirmək məqsədi  ilə mənim əmlakımı məhv etmiş  1-ci müavin Allahverdi Səfərovunun cinayət əməlləri barədə Prezident cənab İlham Əliyevə , Mehriban xanım Əliyevaya və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciətlər etmişəm. 

İnanıram ki, bu özbaşınalığı , qanunsuzluğu şəxsən  cənab  Prezident  araşdırıb qanunu tədbir görəcək, mənə kömək edəcək”. 

Qeyd edək ki, Çallı kənd sakini müvafiq sənəd və fotoları da Mia.az-a təqdim edib. Qarşı tərəfi də dinləməyə hazırıq.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024