Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (27-03-2014, 14:54)
Qarabağ döyüşçüsündən prezidentə şikayət

Qarabağ döyüşçüsündən prezidentə şikayət

Ağstafa rayon Dağkəsəmən kənd sakini Oqtay Əmirov "Qafqazinfo" vasitəsilə prezident İlham Əliyevə müraciət edib. 

 

Həmin məktubu təqdim edirik: 

"Xahiş edirəm ki, Ağstafa rayon Dağkəsəmən kəndində özünü Qarabağ döyüşçüsü kimi təqdim edən Muradov Alikin (Qazaxlı Alik) və ona kənd sakinlərinin torpaqlarının mənimsənilməsində köməklik göstərən dövlət orqanlarının özbaşnalığına son qoyulmasına köməklik göstərəsiniz. Həmin şəxs Dağkəsəmən kəndində mənimlə birlikdə 4 ailənin torpağını özünü Qarabağ döyüşçüsü kimi təqdim edərək mənimsəyir. Kimə şikayət ediriksə, heç kim bizim şikayətimizə baxmır. 2004-cü ildə mənə verilmiş həyətyanı torpaq sahəsinin həmkəndlim Muradov Alik Fuad oğlu tərəfindən zəbt olunması barədə 05.06.2013 cü il tarixində Ağstafa rayon məhkəməsinə iddia ərizəsi yazmışdım. 9 ay süründürməçilikdən sonra ekspertiza təyin olundu. 13.03.2014 tarixdə gələn ekspertiza və Torpaq Xəritəçəkmə Komitəsindən gələn Etibar Əliyev və onunla gələn nümayəndələr şikayət elədiyim Alik Muradovun torpaq sahəsini ölçmədilər, onun sənədi ilə  faktiki olan torpaq sahəsini tutuşdurmadılar. Heç olmasa qaralama kimi istifadə olunan qeydiyyatı belə götürmədilər. 9 ay mübahisə doğuran torpağın müqəddaratı 20 dəqiqə müddətində olan baxışla yekunlaşdı.

Bu 9 ay müddətində torpağımın əlimdən alınmaması barədə şikayətinimin əvəzində Alik Muradov mənim sahibkarlıq fəaliyyəti göstərdiyim, ailəliklə işləyib çörəkpulu qazandığım qanuni sənədlə mənə məxsus olan yeməkxananı Ağstafa rayon məhkəməsinin hakimi Kamil Rzayevin çıxardığı qərəzli qərarla, heç bir araşdırma aparmadan 11.07.2013 tarixdən 30.09.2013 tarixədək həbslə bağlatdırıb, 8 nəfərdən ibarət ailə üzvlərimizin çörəyini kəsdi. 

Hörmətli prezidentimiz sizin sahibkarlıq fəaliyyətinin heç kim tərəfindən müdaxilə olunmaması göstərişləri hakim Kamil Rzayev tərəfindən kobudcasına pozularaq fəaliyyət göstərdiyim yeməkxana 2 ay 20 gün müddətdə bağlı qaldı. Bu günə kimi də səbəbini başa düşə bilmirik.

İndiyədək mən və digər torpağı zəbt olunmuş kənd sakinləri hansısa orqana şikayət etmişiksə süründürməçiliklə qarşılaşmıq. Mən başa düşə bilmirəm ki, dövlətimizin qanuni sənədlə mənə məxsus olan torpağı niyə kimsə məndən qanunsuz yolla almalıdır. Torpağı mənə dövlətimiz verib sadəcə dövlətə verə bilərəm. Nəinki hansısa özünü Qarabağ döyüşçüsü kimi təqdim edib Qarabağın adına yaraşmayan hərəkətlər edən birinə.

Azərbaycan vətəndaşı kimi sizdən xahiş edirəm ki, bu barədə araşdırılma aparılması üçün adiyatı orqanlara tapşırıq verəsiniz".

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024