Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (4-10-2014, 20:37)
İcra başçısı ilə qalmaqallı şirkət rəhbərini nə birləşdirir? – TƏFSİLAT

 

tofiq“AAAF İnşaat” MMC-nin rəhbəri, Xırdalandakı “AAAF Park” yaşayış kompleksini inşa etdirən Tofiq Heydərovla bağlı yayılan məlumatlar günbəgün artmaqdadır. Onunla bağlı ilk məlumat isə bir müddət əvvəl yayıldı. Həmin məlumatda bildirilirdi ki, “AAAF Park” yaşayış kompleksində əməliyyat keçirilib və kompleksin daxil olduğu “AAAF İnşaat” MMC-nin rəhbəri Tofiq Heydərov saxlanılıb. Amma sonradan qeyri-rəsmi olaraq əməliyyatın keçirildiyi təsdiqini tapsa da, T.Heydərovun saxlannılmadığı bildirildi.

Məlumatda həmçinin qeyd edilirdi ki, bu əməliyyat T.Heydərovun radikal dini qruplarla, vəhhabilərlə əlaqələrinə görə keçirilib.

Son günlərdə isə bu məsələ yenidən gündəmə gəlib və həmin xəbərlərdə T.Heydərovun başqa dini qruplarla da əlaqələrinin olduğu bildirilir. Bu gün bir çox media quruluşlarına, eləcə də Gunxeber.com-a göndərilən məlumatda isə yeni məqamlar öz əksini tapıb.

Məlumatda bildirilir ki, T.Heydərovun şirkətində çalışan və maliyyə dəstəyi verdiyi radikal dini qrupların üzvləri arasında ciddi problemlər yaranıb. Həmçinin onun bu cür qruplarla əlaqələrinin üzə çıxması mövqelərinə ciddi zərbə vurub.

Şirkət rəhbəri nə qədər çalışsa da, “AAAF Park” yaşayış kompleksində baş verənlərlə bağlı mətbuata məlumat sızmasının qarşısını ala bilmir.

Gunxeber.com-a yeni daxil olan məlumatda bildirilir ki, T.Heydərov imicini düzəltmək və mövqelərini bərpa etmək üçün müxtəlif yollara əl atır. Bunlardan da ən əsası odur ki, T.Heydərov hakimiyyətdəki yaxın adamları vasitəsilə, xüsusən də Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun dəstəyi ilə ölkə prezidenti İlham Əliyevin “AAAF Park”  yaşayış kompleksindəki bir sıra obyektlərin açılışında iştirakına nail olmaq istəyir. Çalışır ki, prezidentin bu mərasimlərdə iştirakı baş tutanədək yaşayış kompleksindəki qalmaqallarla bağlı mətbuata məlumat sızmasın.

 Hakimiyyətdəki bəzi dəstəkçiləri və Z.Fərəcov T.Heydərova söz veriblər ki,  prezidentin bu açılış mərasimində iştirakının baş tutmasına çalışırlar. Məlumatda qeyd edilir ki, Z.Fərəcov Abşeronda bir çox tikinti-quruculuq, təmir işlərini T.Heydərova gördürür, onların arasında sıx əməkdaşlıq var. Bunların əvəzində isə icra başçısı iş adamına bir sıra vədlər verib. Həmin vədlərdən biri də, 2015-ci ilin parlament seçkilərində T.Heydərovun Abşeron rayonundan deputat seçilməsinə yardım etməkdir.

Mətbuatda yayılan məlumatlara görə,  T.Heydərov əvvəllər AZAL prezidenti Cahangir Əsgərovun rəhbəri olduğu Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti olub.

Elə onun təsis etdiyi “AAAF-İnşaat” MMC-nin də adı məhz bu federasiyanın abreviaturasından götürülüb, himayəçisinin C.Əsgərov olduğu bildirilir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024