Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Karusel (27-07-2014, 11:02)
“AAAF” Parkın rəhbəri: “Don geyindirmək lazım deyil“

 

“Bizim haqqımızda o qədər sözlər deyiblər ki, mən artıq bezmişəm”

 

"Mediatv.az" mətbuatda saxlanılması ilə bağlı xəbər yayılan “AAAF” Parkın rəhbəri Tofiq Heydərovun "Qafqazinfo"ya müsahibəsini təqdim edir:
- “AAAF” Parkda Vergilər Nazirliyi və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən yoxlamalara başladığı haqda xəbər yayılıb. Bu, nə dərəcədə doğrudur?
- Mən bildirirəm ki bu məlumat təxribat xarakterlidir. “AAAF” İnşaat Azərbaycanda ən güclü inkişaf etmiş şirkətdir. Yaxın vaxtlarda bu proje bütün dünyaya səs salacaq. Əlbəttə ki, bunun qarşısını almaq istəyən qüvvələr var. Eyni zamanda, cənab prezidentin yaxın günlərdə Xırdalana gəlişi gözlənilir. Bu, həmin səfərdən öncə bizə qarşı təxribatdır. Gördüyünüz kimi, hazırda işdəyəm. Yuxudan durub eşidirəm ki, belə məlumat yayılıb. Yəni bizim şirkət Azərbaycanda yeganə şirkətdir ki, bütün işlərdə, o cümlədən dövlətə vergi vermək qaydasında ən qabaqcıl şirkətlərdən biridir. Bizim gördüyümüz işlər göz qabağındadır.  Siz ilk mediasınız ki, biz haqqımızda yazılan informasiyaya reaksiya veririk. Əvvəllər də bizim haqqımızda ağlasığmaz xəbərlər yazıblar. Bizi kimlərləsə calayırlar.  Bu şirkətləri mən təsis etmişəm və başında da mən dururam.  Heç o yazıda yazılan kimi şirkətin direktoru deyiləm. Bir ildən çoxdur ki, “Zirvə İnternational Sports Club”un prezidentiyəm. Bu, dünyada tanınacaq şirkətdir.  Hər bir yerdə bizim bölmələrimiz var. 
- Bəs “AAAF İnşaat”ın direktoru kimdir?
- “AAAF İnşaat” MMC mənim təsis etdiyim 10 şirkətdən biridir.  Bu şirkət idman zallarının və yaşayış komplekslərinin tikintisi ilə məşğuldur. Bunun da direktorları tez- tez dəyişir. İndi də Pərvin müəllim direktordur. Bundan başqa, bizdə “Zirvə” idman klubları var. Yazılan məlumatda da doğru bir şey yoxdur.
- Tofiq bəy, bu xəbərlər  o anda yayıldı ki, “Sevil MMC”nin rəhbəri yoxlamalar nəticəsində həbs edildi. Sizin bununla hər hansı əlaqəniz ola bilərmi?
- “Sevil MMC” bizə baxanda çox kiçik bir təşkilatdır. Onlar iki ildir ki yaranıblar. Biz isə 15 ilə yaxındır ki fəaliyyət göstəririk. Azərbaycanın ən çətin illlərində biz tikinti ilə məşğul olmuşuq.  Kimsə bizim işimizə baxıb özünü bizə oxşatmaq istəyirsə, o ayrı məsələdir. Mən də eşitdim ki orada belə bir hadisə baş verib. Şirkətlər hər il yoxlanılır. Onlar da yoxlanılıb və belə məsələlər çıxıb. Oranın bizə aidiyyatı yoxdur. Sadəcə ola bilər ki, eyni rayonda olduğumuz üçün adımız çəkilir.
- “Sevil MMC”nin rəhbərini vəhhabilərlə əlaqədə ittiham edirlər. Sizin haqqınızda deyirlər ki, Tofiq bəy də dindarlarla əlaqədədir və burada satılan evlərin əksəriyyətində də dindarlar məskunlaşıb. 
- Bizim qapıdan girəndə siz artıq görürsünz ki, orada idman kompleksi yazılıb.  “AAAF” Park da “Zirvə” MMC yə məxsus olan parkdır. İdmançılar içki içmir. Bizim parkda siqarət çəkilməyə icazə verilmir. İçkili şəxs içəriyə buraxılmır. Bizim klub hər il beynəlxalq yarışlarda dövlətə 32 medal qazandırıb. Azərbaycan əhalisinin çoxu müsəlman olan dövlətdir. Bilirsiniz ki, içki olmayan yerdə mühafizəkarlıq olur. 
Bu işlərə belə don geyindirmək lazım deyil. Bizə isə hər cürə don geyindirirlər. Bizim haqqımızda o qədər sözlər deyiblər ki, mən artıq bezmişəm. Özüm-özümə hərdənbir şübhə ilə baxıram. Belə məsələlər gülməlidir. Baxırlar ki, düz işləyirik, fikirləşirlər ki, bunları nəylə qaralamaq olar? Bu gün Ramazanın ən yaxşı günlərindən biridir. Belə günlərdə bu məsələlərin deyilməsi düzgün deyil. Biz hər bir şeydən xeyir axtaran insanlarıq.  Heç kəsə pislik etmirik. Ancaq bizə qarşı pislik edənlərin cəzasını aldıqlarının şahidi olmuşuq. İstər məmur, istərsə də başqası olsun. Bizim gördüyümüz işlərlə tanış olsalar, görərlər ki, Azərbaycan da həqiqətən bizim şirkət kimi ikinci şirkət yoxdur.
- Sizə qarşı təxribatı kim edir?
- Xəbər yayılanda içində doğru məlumat yoxdursa, deməli boş məsələdir. Biz belə məsələlərə fikir vermirik. Azərbaycanda ən güclü inkişaf edən rayon Abşerondur. Biz düşünürük ki, “AAAF” parkın rayonlarda şöbələrini açaq. Regionların inkişafında şirkət kimi yaxından iştirak edək.
  - Şirkətin AZAL və Beynəlxalq Bankın rəhbərliyi ilə əlaqəsinin olduğunu bildirirlər. Buna münasibətiniz necədir?

 

- Elə girişdən içəri girən kimi görürsünüz ki, ştanq qoyulub. Bu şirkət məhz ağır atletika və idmanın inkişaf etdirilməsi məqsədilə yaradılıb. Hazırda inşa etdiyimiz bazanın dünyada analoqu yoxdur.  Bir ağır atlet kimi beynəlxalq yarışların iştirakçısı olmuşam. Biz bütün banklardan kredit götürmüşük. Belə bir gözəlliyi düzəltmək üçün böyük vəsaitin olmalıdır.  Bu şirkəti şəxsən özüm təsis etmişəm. Kimlərinsə adını hallandırılması düzgün deyil.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024