Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Slayd (28-08-2014, 19:39)
Zakir Fərəcovun “AAAF İnşaat” MMC ilə şok maxinasiyası

 

Abşeron rayon İcra Hakimiyyətinin  başçısı Zakir Fərəcovun 20 gün öncə həbs edilməsi xəbəri yayılan “AAAF İnşaat” MMC rəhbərliyi ilə əlbir olaraq milyonlar qazanması ilə bağlıGUNXEBER.COM-a ilginc məlumatlar daxil olmaqdadır. İnformasiya verən mənbə bildirir ki, “AAAF İnşaat” MMC rəhbərliyi   Zakir Fərəcovun vasitəsilə Xırdalan şəhərinin Quşçuluq massivi deyilən əraziləri alır. Xırdalan şəhər Quşçuluq massivi ərazilərindəki sənədsiz həyət evlərinə qiymətləri isə birbaşa Zakir Fərəcovun ən yaxın adamları təyin edir. Belə ki, icra başçısı “AAAF İnşaat” MMC-dən bir kvadrat üçün 1500 manat alaraq vətəndaşlara 1000 manat verir. Zakir Fərəcov adıçəkilən şirkətin əli ilə son 3 ildə milyonlarla manat qazanc əldə edib. İndi isə icra başçısı “AAAF İnşaat” MMC vasitəsilə yeni pul qazanmaq metodu tapıb.

Məlumatlı mənbəmizin iddiasına görə, Zakir Fərəcovun adamları Quşçuluq massivində şayiə yayırlar ki, sənədli torpaqları, evləri “AAAF İnşaat” MMC baha qiymətə alacaq. İcra başçısının adamları vətəndaşlara Xırdalan şəhər bələdiyyəsinin torpaq haqqında arayışını və ev tikmək üçün Abşeron icra hakimiyyətinin icazə kağızını təklif edirlər. Mənbəmiz bildirir ki, hazırda Xırdalan şəhər bələdiyyəsinin sədri Eldar Əhmədov Quşçuluq massivinin sakinlərinə saxta torpaq arayışı satır. Həmin arayışın qiyməti isə 2000 min manatdan başlayır.

Həmçinin Zakir Fəərcovun adamları Quşçuluq masivinin sakinlərinə evlərinin tikintisinə icazə verilməsi adı altında Abşeron rayon İcra Hakimiyyətinin sənədini də sırıyırlar. Həmin sənədin qiyməti isə 3500 manatdan başlayır.  Z. Fərəcov “AAAF İnşşaat” MMC tikdiyi binalara gedən yolu adı çəkilən şirkətə düzəltdirsə də, rayon büdcəsindən həmin yolun təmirinə 2 ildir 100 min manat vəsait silir. Hazırda Quşçuluq massivinə gedən asfalt yol dağılıb və deyilənə görə, Z. Nəsirov yolun düzəldilməsi üçün “AAAF İnşaat” MMC rəhbərliyinə göstəriş verib. Bildirək ki, “AAAF İnşaat” MMC ağır tonnnajlı yük maşınları hər gün Quşçuluq massivinə gedən yoldan istifadə etdikləri üçün yol dağılır.

Qeyd edək ki, Zakir Fərəcovun Xırdalan şəhərində yeni salınan  Heydər Əliyev parkındakı köhnə avadanlıqların necə təzə avadanlıqlara çevrilməsi ilə bağlı redaksiyamıza daxil olan ilginc informasiyanı araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024