Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-08-2020, 09:10)
KARANTİN REJİMİ YUMŞALDILIR, BUNDAN SONRA NECƏ OLACAQ?

 “Vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür”.
Bu barədə Baş Nazir Əli Əsədov avqustun 6-da koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı müşavirədə deyib.
Baş nazir deyib ki, bunun üçün ilkin olaraq insanlar maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara əməl etməlidir, eyni zamanda açılacaq obyektlərin fəaliyyəti üzrə təlimatlar hazırlanıb. Və buna nəzarət üçün xüsusi qruplar və qurumlar ayrılıb.
Hazırda sosial-iqtisadi vəziyyət bir sıra sahələrdə yumşalma üçün əsas verir. O cümlədən təsərrüfat malları, geyim və digər mağazaların açılması mümkündür. Bundan başqa əhalinin yayın qalan hissəsini minimum şərtlərdə dincələ bilməsi üçün rayonlara gediş-gəlişin bərpa olunması təmin oluna bilər.
Bu zaman bir sıra məhdudiyyətlərin tətbiq olunması mümkündür. Məsələn, Avropanın bir sıra ölkələrində mağazaların sahəsinə uyğun olaraq eyni anda müəyyən sayda müştərini içəri buraxmağa icazə verilirdi. Bu qaydanı tətbiq etməklə Azərbaycanda da mağazaların fəaliyyətini bərpa etmək, sosial məsafə qaydalarına əməl etməklə bu sahələrdə fəaliyyəti bərpa etmək olar.Bəs mütəxəssislər nə düşünür? Hansı sahələrdə yumşalma ola bilər?

Müşfiq Hüseynov: “Bu saatdan sonra insanlar zəhmət çəksin özü özlərini qorusun”

Həkim Müşfiq Hüseynov “AzPolitika.info”-ya bildirib ki, Operativ Qərargahın (OQ) may ayından başlayaraq, demək olar, bütün qərarları mübahisə doğurdu. “İstər 5 ayı tamam olan karantin rejimi, istər iş yerlərinin hələ qapalı olması, istərsə də rayonlararası gediş-gəliş. Nəticə göz qabağındadır. Yay bitir, biz hələ bilmirik ki, qəbul imtahanları nə zaman və harada olacaq, 1 ay sonra başlayacaq dərslər onlayn, yoxsa normal qaydada olacaq, toylar və digər tədbirlər olacaqmı, karantin tam olaraq nə zaman bitəcək? Bilmirik. Amma bilsəydik yaxşı olardı. Çünki belə davam edə bilməz. Deyək ki, 17-dən bəzi kafe və açıq hava restoranları açıldı. İki həftə sonra yay bitir. Avqustun 17-dən sonra açsalar nə dəyişəcək ki? Avqustun sonu rayona gediş gəliş açılsa nə olacaq, açılmasa nə olacaq”, - o vurğulayıb.

M.Hüseynovun sözlərinə görə, normalda əhali 25 avqustdan sonra yay istirahətini bitirib, Bakıya toplaşıb, məktəbə və payız aylarına hazırlaşırdı. “Operativ Qərargahın bu qərarları, mədəni dildə “getməyin” deməkdir. Başqa heç nə. Əhalinin bəzi hissəsinə 190 manat paylandı, avqustda da paylanacaq, amma sentyabrın 15-i məktəbə gedəsi uşaqları olan ailələrə nəinki 190, heç 380 manat da bəs etməz. Dövlət 5 aydır işsiz olan, məktəbli uşağına nəinki payız paltarı, heç normal qidası belə olmayan insanları düşünməlidir. Məncə, OQ vaxt itirmədən, yas və toy məclisləri xaricində bütün iş yerləri, ticarət mərkəzləri və qapalı-açıq restoranların işini bərpa etməlidir. Beləcə, təxminən yarım milyon insan evinə gündəlik çörək pulu apara biləcək. Fikrimcə, dövlət insanları 6 ay qorudu. Bu yetərlidir. Bu saatdan sonra insanlar zəhmət çəksin özləri özlərini qorusun. Maskalarını taxıb, sosial məsafə saxlayıb, gigiyenik qaydalara əməl etsinlər. Bu yetərlidir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
6 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025
5 12 2025