Sosial (16-02-2014, 16:16)
“Sovetski” sakinlərinin etirazı
Bu gün Bakıda “Sovetski” adlanan məhəllənin sakinləri etiraz aksiyası keçirmək üçün məhəllənin mərkəzi küçəsinə yığşıb. “Qafqazinfo” azadliq.org-a iatinadən xəbər verir ki, onların evlərinin sökülməsinə və bunun qarşılığında onlara hər kvadratmetrə görə 1500 manat verilməsinə etiraz edir.
Camaat ətrafa polisin yığılmasından şikayətlənir.
Etiraz edənlər əllərində Azərbaycan bayraqları və prezident İlham Əliyevin şəkillərini tutub. Onlar deyir ki, dövlətçiliyə və prezidentə qarşı çıxmırlar, onların etirazı məmur özbaşınalığınadır.
Etirazçılar deyir ki, “biz 1500 manatla biz heç nə edə bilməyəcək, evlərin qiyməti günü-gündən bahalaşır”. Camaat icra başçısını tələb edir.
***
Yasamal rayon icra hakimiyyətinin başçısının müavini Səməd İslamov aksiya iştirakçılarının önündə çıxış edib.
O çıxışında sakinləri arxayın salaraq vəd verib ki, heç kimin evi öz razılığı olmadan sökülməyəcək. Bu sözləri aksiya iştirkçıları alqışlarla qarşılayıb.