Sosial / Karusel (28-08-2014, 15:50)
Hakim Mübariz Mədətovun oğluna xəbərdarlıq etdi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mahir tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun növbəti məhkəmə prosesi keçirilib
“Qafqazinfo”nun məhkəmə prosesini izləyən əməkdaşının verdiyi məlumata görə, təqsirləndirilən şəxsin vəkili İsmayıl Mirzəzadə hakimə müraciət edib. O bildirib ki, digər vəkil Samir İsayev ezamiyyətdə olduğu üçün məhkəmədə iştirak etmir:
"Xahiş edirik, məhkəmə prosesi təxirə salınsın".
Lakin hakim ifadə verməsi üçün X. Mədətova müraciət edib.
Mədətov isə vəkili məhkəmədə iştirak etmədiyi üçün məhkəmə prosesinin təxirə salınmasını istəyib və deyib ki, növbəti məhkəmədə mütləq ifadə verəcək.
Daha sonra hakim Mədətova xəbərdarlıq edib və vurğulayıb ki, üçüncü dəfədir ki, ifadə verməkdən imtina edir. Hakim eyni zamanda vəkil İsmayıl Mirzəzadəyə də müracət edib və hüquq məsləhətxanasına iradını bildirəcəyini qeyd edib.
Hakim növbəti məhkəmə prosesini sentyabrın 1-i saat 16:00-a təyin edib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024