Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-08-2014, 18:40)
Məhkəmə eksperti məmur oğlunun yalanını ifşa etdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mahir tarzən, xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş rəis müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Proses hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilib.

 

Hakim təqsirləndirilən şəxsə ifadə verməyi təklif etdi. Amma Xalid Mədətov bu günkü prosesdə ifadə verməyə hazır olmadığını dedi.
Şahid qismində məhkəmədə dindirilən Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin həkimi Kamil Məmmədov istintaqa verdiyi ifadəsini təsdiq etdi.
K.Məmmədov hakimin, dövlət ittihamçısının və vəkillərin suallarını cavablandırdı: “Mərhum Brilyant Abdullayevin ölümünə ağır xəsarətlər səbəb olub. Onun ölümünə səbəb qanaxma olmayıb. Bud sümüyü, qabırğaları sınıb. Bud sümüyünün açıq sınığı və qabırğaların sınığı travmatik şok yaradır”.
Vəkil Samir İsayevin şahidə “Sizin travmatik şok barədə rəyiniz məndə şübhə oyatdı. Təlimatlarda bud sümüyünün açıq sınığının travmatik şok yaratdığı göstərilməyib. Bunu necə izah edə bilərsiniz?” sualına K.Məmmədovun cavabı bu cür oldu: “Başqa təlimatlarda göstərilib. Növbəti məhkəmə prosesində sizə göstərəcəyəm”.
Daha sonra həkim-narkoloq Samir Məmmədov ifadə verdi. O, ifadəsində Xalid Mədətovu əvvəllər tanımadığını, aralarında ədavət, düşmənçilik olmadığını bildirdi.
S.Məmmədov istintaqa verdiyi ifadəsini məhkəmədə təsdiq edərək hadisə zamanı Xalid Mədətovun içkili vəziyyətdə olduğunu vurğuladı: “Yoxladım, orta dərəcəli alkoqol vəziyyətdə olması ilə bağlı rəy verdim. Özü də etiraf etdi ki, içmişəm”.
Dövlət ittihamçısı Ramazan Hadıyev:
-Xalid Mədətov hadisə zamanı içkili olmadığını deyib.
Şahid S.Məmmədov:
-Mən yoxladım, müayinə etdim, rəy verdim. Texniki metodlardan istifadə olunmasından imtina etdiyinə görə biz də kliniki metodlardan istifadə etdik.
Vəkil S.İsayev: 
-Niyə bioloji müayinə götürmədiniz?
Şahid S.Məmmədov:
-Siz rəyi diqqətlə oxusanız görərsiniz. O, özü ekspertizadan keçməkdən imtina edib. Əgər imtina edirdisə, biz ondan necə bioloji müayinə götürə bilərdik?
Vəkil S.İsayev:
-Siz onu müayinə edəndə xəsarət aldığını gördünüzmü?
Şahid S.Məmmədov:
-Bəli. Alnında xəsarət vardı. Ağzından araq iyi gəlirdi. İçki içdiyini də etiraf etdi, amma müayinədən imtina etdi. Hətta iki nəfər həmin vaxt mənə yaxınlaşıb dedilər ki, içkili olduğunu yazmayın.
Hakim:
-Mədətov, sizə müayinə olunmaq təklif olunubmu?
X.Mədətov:
- Xeyr.
Hakim:
-Araq içmişdinizmi?
X.Mədətov:
-Yox. Mən içkili deyildim. Hadisənin təsirindən şokda idim. 
Qeyd edək ki, martın 15-də Suraxanı rayonu ərazisində, Zığ şosesində X.Mədətov “Mercedes-Benz Gelandewagen-55” markalı avtomobilini idarə edərkən xalq artisti Ağasəlim Abdullayevin oğlunun idarə etdiyi “VAZ-2106”-a çırpılıb. Nəticədə “VAZ-2106”da olan sərnişinlər - xalq artsitinin həyat yoldaşı, 1959-cü il təvəllüdlü Brilyant Abdullayeva və 2008-ci il təvəllüdlü nəvəsi Ağasəlim Abdullayev hadisə yerində ölüblər. 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev (məşhur tarzən, xalq artisti) və onun gəlini, 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Sürücü X.Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olması müəyyən edildiyindən cinayət işi CM-in 263.1.4-cü maddəsinə tövsif olunub.
Qəzadan iki gün sonra Mübariz Mədətov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu Xalid Mədətov isə həbs olunub. M.Mədətov Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin sabiq rəisi Aydın Bəşirovun həm qudası, həm də biznes ortağıdır.
Məhkəmə prosesi avqustun 28-də saat 14-də davam edəcək.
шаблоны для dle 11.2

Xəbər lenti
10 11 2024
10 11 2024
10 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
9 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024
8 11 2024