Sosial / Slayd (7-02-2019, 15:22)
Karolina Valiant da yoxlanılır?-Açıqlama

Bu olaydan sonra digər məşhur mağazalar şəbəkəsi də diqqət mərkəzinə gəldi. Hansı ki, bu mağazalarda da dünyaca məşhur brend məhsullar satılır. Özü də kifayət qədər yüksək məbləğə. Bir həqiqət də var ki, belə mağazalar şəbəkəsi haqqında ictimai rəy də birmənalı deyil...
Mediada yer alan məlumata görə artıq “Femina” xəz-dəri mağazasında da yoxlamlar başlayıb. Bu gün yenixeber.org-a daxil olan məlumata görə məlum yoxlamaların başladığı məşhur mağazalardan biri də Karolina Valiant-dır...
Xatırladaq ki, Karolina Valiant təxminən on ildir ki, Azərbaycan və Rusiya bazarına çıxıb. Şirkətin məhsulları ölkəmizdə “Binə” Ticarət Mərkəzindəki mağazada satılır. Saytındakı məlumata görə Karolina Valiant mağazalarında İtaliya, İspaniya, Almaniya, Yunanstan, Amerika, Kanada, Rusiya, Finlandiya və Türkiyədə istehsal olunmuş təbii kürk və dəri məhsulları satılır. Göründüyü kimi, dünyanın nəhəng dövlətlərinin sadalandığı məşhur brend məhsullardan bəhs olunur.
Karolina Valiant-ın məhsullarının keyfiyyəti və bu məhsullarla bağlı ictimai rəy başqa bir yazının mövzusudur...
Məlum qanun və prinsiplərə uyğun olaraq, Karolina Valiant-da yoxlamalara başlanılması ilə bağlı məlumatı qarşı tərəflə dəqiqləşdirməyə çalışdıq. Bizimlə telefon söhbətində Karolina Valiant-ın baş meneceri Elnur müəllim yoxlamalarla bağlı xəbəri təkzib etdi: "Hazırda heç bir yoxlama yoxdur. Amma mənə maraqlıdır ki, mənim şirkətmlə bağlı bu uydurmanı kim yayır..."
Hörmətli Elnur müəllimin əsas xəbərə aidiyyatı olmayan “cavab”ını geniş yazmağı lüzum bilmirik.
Mövzu diqqətimizdədir.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
15 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
14 05 2025
13 05 2025
13 05 2025