Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (6-03-2017, 10:49)
Deputatın obyektindəki özbaşınalıqlar

Deputatın obyektindəki özbaşınalıqlar...
Mediatv.az:  Bir neçə gün öncə “Kivnews.com” İnformasiya Portalı olaraq məlumat vermişdik ki, “Ştutqart” mağazalar şəbəkəsində işçilər müxtəlif bəhanələrlə cərimə olunur, bəzən isə işdən azad edilirlər. Amma əməkdaşımız məsələni araşdırarkən “Ştutqart” mağazalar şəbəkəsinin məsul şəxsi kimi özünü təqdim edən Orxan adlı əməkdaşı bildirmişdi ki, deyilənlər həqiqətdən uzaqdır. Amma bu gün yeni bir sənəd ortaya çıxıb. Belə ki,həmin sənəddə yazdıqlarımızın həqiqət olduğu bir daha təsdiqini tapır.

Sənəddən belə başa düşülür ki, işçilər xəbərçiliyə məcbur edilirlər. Bu isə Əmək Məcəlləsi ilə yol verilməyən hallardır. 

Deputatın obyektindəki özbaşınalıqlar...
Deputatın obyektindəki özbaşınalıqlar...

***

“Ştutqart”-da işçilər cərimələnir – Rəsmi mövqe bildirildi – FAKT

“Ştutqart” mağazalar şəbəkəsinin fəaliyyəti ilə bağlı son vaxtlar ciddi məsələlər ortaya çıxıb. Hətta vətəndaşın 300 minlik əmlakının əlindən alınması ilə bağlı məsələ ortaya çıxandan sonra vergi və audit yoxlamasının fəaliyyətə keçdiyi bildirilir. Və ortada böyük faktların mövcud olduğu vurğulanır.

Maraqlıdır ki, “Ştutqart” mağazalar şəbəkəsinin rəhbərliyi özləri üçün yaranmış arzuolunmaz vəziyyətdən çıxmağa çalışdıqları bir vaxtda işçilərə qarşı da xoşagəlməz addımlar atmaqda davam edirlər. Belə ki, işçiləri cərimələmək, onlara töhmətlər vermək kimi addımlar atırlar. Kivnews.com-un əldə etdiyi məlumata görə, ötən ay “Ştutqart” MMC-nin 15 nəfərə yaxın əməkdaşı müxtəlif məbləğdə cərimə olunublar. Bu şəxslər arasında Qubad, Səməd, Şırxan, Nicat və adlarını öyrənməyə çalışdığımız digərləri 200 və 100 manat məbləğində cərimələniblər. Hətta hansısa xırda bir məsələyə görə, bir neçə nəfər işçinin işdən azad olunduğu da bildirilir. Vurğulanır ki, bəzi işçilərin cərimə olunması digər işçilər arasında olan mübahisənin niyə rəhbərliyə xəbər verilməməsi ilə bağlıdır.

Qeyd edək ki, “Ştutqart” mağazalar şəbəkəsi Milli Məclisə Masallı rayonundan deputat seçilmiş Nəriman Əliyevə məxsusdur. Amma bütün işləri “Ştutqart” MMC-nin direktoru vəzifəsini yerinə yetirən, Nəriman Əliyevin bacısı oğlu Əfqan Abdullayev icra edir.

Qeyd olunanlarla bağlı MMC-nin mərkəzi ofisindən Orxan müəllim bildirdi ki, bele bir fakt mövcud deyil. 

Kivnews.com 

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024