Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (18-04-2016, 18:15)
Brend geyim mağazalarında yalançı yaz endirimləri

Brend geyim mağazalarında yalançı

 

Havalar isindikcə insanlar da qarderoblarındakı geyimləri yeniləmək istəyirlər. Geyim mağazalarının vitrinlərini bəzəyən bir-birindən gözəl yaz geyimlərini görənlər, xüsusən də xanımlar bu mağazaların yanından etinasız keçə bilmirlər.

Mediatv.az xəbər verir ki, bir çox mağazaların vitrinlərini "Yeni yaz kolleksiyasına 25 faiz endirim", "Yeni yaz kolleksiyasından 100 manatlıq alış-veriş edənə 50 manatlıq hədiyyə" və sairə kimi cəlbedici reklamlar bəzəyirdi. 

Biz də vitrinlərini bu cür reklamların bəzədiyi bir neçə geyim mağazasına baş çəkib qiymətlərlə maraqlandıq. İlk olaraq yolumuzu "Nərimanov" metro stansiyası yaxınlığındakı geyim mağzalarından saldıq. Burada qiymətlər sözün əsl mənasnda əl yandırırdı. Bir ətəyin qiyməti 70 manatdan, donun qiyməti  95 manatdan, pencəklər 80 manatdan, çantalar 50 manatdan, ayaqqabılar 80 manatdan başlayırdı. 

Təbii ki, bu qiymətlər kimilərinə görə baha olmasa belə, orta gəlirli bir ailənin büdcəsinə uyğun qiymətlər deyil. Satıcıdan qiymətlərin niyə belə baha olduğunu soruşduqda o bunun yeni kolleksiya, brend mal olduğunu deyirdi. Ancaq brend mal olduğunu təsdiqləyəcək bir sertifikat və ya hansısa sənəd tələb etdikdə bunu göstərə bilmədilər və brendin adını yalnız paltarın üzərində olan etiketdən göstərərək özlərinə haqq qazandırırdılar. Mağazaya girən alıcıların əksəriyyəti də qiymətləri görüb geri qayıdırdı.

 Musavat.com-a istinadən xəbərə görə, paytaxtda bu qiymətlərdən də baha satılan geyim mağazaları var. "Gucci", "Lacoste" kimi brendlərin həm qadınlar, həm də kişilər üçün göz oxşayan yeni yaz kolleksiyaları insanın diqqətini çəkməyə bilmir. Bu brendlərin geyimləri keyfiyyətli olsa da, həddən artıq bahadır. Mağazalarda bu brendlərin geyimlərinin ən ucuzu 300 manata satılır. Burada hətta 6-7 min manata paltar da almaq olar.

Baş çəkdiyimiz digər mağazalarda da qiymətlər, demək olar ki, eyni idi. Bəzi mağazaların isə vitrinlərini endirimlərlə bağlı reklamlar bəzəsə də, içəri daxil olduqda o endirimlərin yaz geyimlərinə aid olmadığını görürdük. Bəzi mağazalar isə keçən ilin yaz dəbini də bu ilin yaz dəbinin arasına qataraq satırdı. 

Qiyməti "Ceyran belinə" qaldırılan yalnız qadın və kişi geyimləri deyil, eyni zamanda uşaqlar üçün olan yaz paltarları da olduqca baha idi.  "Mothercare" mağazalar şəbəkəsində uşaq geyimlərinin qiyməti 25 manatdan, "Panda Kids"də isə uşaq geyimləri 30 manatdan başlayırdı. Ümumilikdə isə  uşaqlar üçün yumşaq oyuncaqların qiyməti 20 manatdan 60 manat arasında dəyişirdi.

Maraqlıdır, istehlakçılar bu cür bahalı geyimləri alarkən onun orijinallığını necə müəyyən edə bilərlər?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov  Azərbaycanda ayrıca etiket satılan yerlərin olduğunu dedi: "Təəssüflər olsun ki, Azərbaycan brendi yaradılmır. Xüsusən də sənaye malları sahəsində bu, yox dərəcəsindədir. Bəzən ayaqqabılar Azərbaycanda tikilsə də xarici mal adı altında satılır. İstisna olunmur ki, sənaye və geyim mallarında da bu cür hallar olsun. Çünki Azərbaycanda ayrıca etiket satılan yerlər var. Etiketlər satılırsa, deməli, bunun alıcıları da var. Yəni mağaza sahibləri bu etiketləri alıb malların üzərinə tikib Türkiyə, İtaliya adı ilə satırlar. Təəssüflər olsun ki, istehlakçıların sənaye mallarının qiymətində aldadılma halları da var. Lakin azad bazar iqtisadiyyatıdır. Yəni kim nəyi neçəyə istəsə sata bilər. Ona görə də istehlakçılar diqqətli olmalıdırlar".

Baha qiymətə satılan və brend mal olduğu deyilən bu geyimlərin orijinallığını necə təyin etmək olar məsələsinə gəlincə isə qurum sədri istehlakçılardan aldıqları malın sertifikatını tələb etməyi məsləhət gördü: "Hər bir malın sertifikatı olmalıdır. İstehlakçılar həmin sertifikatın olub-olmadığını bilməli və bunu tələb etməlidir. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycanın əmtəə bazarında satılan bütün malların sertifikatı və sənədləri olmalıdır. İstehlakçılar bu sənədləri tələb etməlidir. Lakin bu da faktdır ki, xüsusi sənaye mallarının 80 faizinin heç birinin sənədləri yoxdur və bu mallar dükanlarda satılır. Əgər istehlakçı sertifikat tələb etdiyi halda satıcı bunu göstərmirsə, istehlakçının bu barədə İqtisadiyyat Nazirliyinə şikayət etmək hüququ var".

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024