Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (4-06-2014, 23:46)
“Porsche” və “Volkswagen” Bakı mərkəzlərinin sahibi olan Adil Vəliyevdən veteranlar şikayətçidi

 

Bir müddət əvvəl Qarabağ müharibəsi əlilinə qarşı olan haqsızlığa etiraz olaraq özünə qəsd edən Qarabağ qazisinin özünü yandırması cəmiyyətdə birmənalı qarşılanmadı. Aidiyyatı üzrə Prezidentin məsələyə müdaxiləsi mərhumun ailəsinə olan diqqəti və bu işdə günahı olanlarıarın dərhal cəzalandırılması kimi göstərişlər insanlarda qazilərə olan diqqət və qayğının təzahürü kimi qiymətləndirilir. Ancaq təəssüflər olsun ki, bəzi məmurlar respublikanın birinci şəxsinin göstəriş və tapşırıqlarından nümunə götürmür, əksinə insanlara xüsusilə də müharibə iştirakçılarına qarşı kobud və dözülməz hərəkətlərə yol verirlər.

Laçın rayonundan məcburi köçkün düşmüş bir qrup Qarabağ müharibəsi veranlarına qarşı Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən qanunsuz hərəkətlərə yol verildiyi bildirilir. 1992-ci ildən Bakıxanov qəsəbəsi S. Qocayev küçəsi bazarla üzbəüz ticarətlə məşğul olmaq üçün 567 kvadrat metr qanuni sənədlə yer aldığını bildirən 85 yaşlı Həsənov Müzəffər Məmmədxan oğlunun sözlərinə görə, bir qurup müharibə veteranı bu ticarət obyektindən evlərinə çörək pulu aparırdılar.Qeyd edim ki, 2007-ci ildə bələdiyyədən aldığım qanuni sənədin də heç bir köməyi yoxdur. Çox keçmədi ki, sağlamlığını vətən yolunda itirmiş və hər an vətəni qorumağa hazır olan bu veteranlara 567 kvadrat metr ərazini icra başçısı Adil Vəliyev çox gördü. Respublikada “Porsche” və “Foysfaqen” kimi iri ticarət mərkəzlərinə rəhbərlik edən Adil Vəliyev biz veteranların çörəyinə göz dikib. Adil Vəliyevin “qoçu ” dəstələri obyektin hasarını qanunsuz olaraq söküb. Müzəffər kişinin sözlərinə görə, həmin ərazini bizdən alıb yuxarıda adı çəkilən mərkəzlərin filiallarını yaratmaq istəyi biz veteranları hiddətləndirir. Prezidentin bizlərə olan diqqət və qayğısı bizdə yaşamağı ruhlandırdığı halda, belə harınlamş məmurun veteranlara olan münasibəti biz veteranlarda yaşamaq ruhunu öldürür.

Həsənova Quba Aslan qızı
Qocaman ağsaqqal Müzəffər kişinin sözlərinə görə, 82 yaşlı həyat yoldaşı Həsənova Quba Aslan qızı at belində, Laçın dağlarında əlinə silah alıb vətənin keşiyində duranda bizdə bir istək var idi, hər şey vətən üçün. İndi hardadır o mənlik, kişilik. 20 nəfər müharibə veteranının çörəyinə göz dikən insanlara nəyi etibar etmək olar. Onlardan nə gözləmək olar. Bizim ümidimiz yalnız Prezidentimiz İlham Əliyevə və Mehriban xanımadır. Belə məmurların qanunsuz əməllərinin qarşısını yalnız onlar ala bilər. Odur ki, aşağıda adları yazılan veteranlar və öz adımdan Prezident İlham Əliyevə, Mehriban xanım Əliyevaya müraciət edərək xahiş edirəm ki, biz veteranların çörəyinə göz dikənlərin qarşısı alınsın və bizə öz qanuni yerimizdə fəaliyyət göstəməyimizə köməklik göstərsin. Sonda Mlüzəffər Həsənov bildirdi ki, biz veteranlar 20 nəfər ailə üzvləri ilə birlikdə prezident aparatının qarşısında etiraz aksiyası keçirib cənab prezidenti n qəbuluna düşməyə hazırlaşırıq. Bizə qarşı olan haqsızlıqla bağlı cənab prezidenti məlumatlandıracağıq.
Həsənov Roman Müzəffər oğlu
Həsənov Faiq Qəzənfər oğlu
Həsənov Elçin Müzəffər oğlu
Həsənov Osman Cümüşüd oğlu
Həsənov Adil Cümşüd oğlu
Həsənov Hafiz Cümüşüd oğlu
Həsənov Cabir Abbas oğlu
Süleymanov Nəriman Salman oğlu
Mirzəyev Rafayıl Rəşid oğlu
Fərzəliyev Rauf Silyan oğlu ardı var.

“azərbaycaninfo”

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024