Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (27-02-2014, 12:00)
Türmədəki hüquqşünasdan deputat Adil Əliyevlə bağlı ilginc etiraf

 

 


Bakı İstintaq Təcridaxnasında cəza çəkən tanınmış hüquqşünas Qurban Məmmədov məqalə yazıb

 

“Son vaxtlar bəzi qəzetlərdə Nərimanov rayonu 20 saylı seçki dairəsindən 2005-ci və 2010-cu il parlament seçkilərində kimin qalib gəlməsi barədə qarşılıqlı ittihamlarla dolu yazılar gedir.
Həqiqət naminə və gələcəkdə müxalifətin mütləq nəzərə alması üçün aşağıdakıları bildirməyi özümə vətəndaşlıq borcu bilirəm.
2005-ci il parlament seçkilərində müxalifət “Azadlıq” blokunda birləşdi və blok olaraq da güclü kampaniya apardı. Ancaq həmin vaxt hadisələr göstərdi ki, bloku təmsil edən hər bir namizədin öz fərdi kampaniyasından çox şey və əsas nəticə asılıdır. Mən o vaxt 20 saylı Seçki Dairəsinin ərazisində yaşayırdım. Seçki məntəqəmiz 5 saylı xəstəxana ilə üzbəüz, evimizin 50 metrliyində yerləşirdi - 13 saylı məntəqə. Namizədlərin yalnız üçü şanslı hesab edilirdi: İsa Qəmbər, Adil Əliyev və Aslan İsmayılov.
Aslan İsmayılov fəal kampaniya apararaq müxalif fikirli xeyli adamın səsini aldı və bu əslində İ.Qəmbərin ziyanına oldu.
Adil Əliyev isə seçicilərini 5-7 gündən bir “narahat etdi”. Mən düzü, o vaxt polis işçisi olan bu adamın seçki texnologiyasına heyran qalmışdım. Bir neçəsini də təcrübədən istifadə etmək üçün yaxından izləmişdim. Təsəvvür edin ki, Adil Əliyevin 2 gənc-bir qız, bir oğlan nümayəndələri bizim evimizə 5 dəfə gəldilər! I dəfə imza istədilər, II dəfə buklet gətirdilər, III dəfə üstündə Adil Əliyevin şəkli və seçkiyə çağırış olan mayka, idman forması verdilər, IV dəfə seçki gününü xatırlatdılar, V dəfə isə yenə də hansısa şəkillər, broşurlar gətirdilər və seçkiyə 3 gün qalmış gəlib yadımıza salacaqlarını dedilər. Onlar bu qaydada məhləmizdəki bütün ailələri “narahat etdilər” - kampaniya apardılar. “Azadlıq” blokundan-İ.Qəmbərin adından isə bir dəfə də olsun məhləmizə gələn olmadı. Bu barədə hətta mən o vaxt öz iradımı da bildirmişdim “Azadlıq”ın seçki qərargahına. Nəticə necə oldu? Məndən və ailəmdən başqa (biz təbii ki, İsa bəyə səs verdik), həyətimizdəki 74 ailənin 60-65-i Adil Əliyevə səs verdi. Qalanları da Aslan İsmayılova. Yəni 2005-ci ildə Adil Əliyevin 20-ci dairədən qalib gəlməsi mübahisəsizdir. Bu isə bizim öz səhvimizdir. Kim olursan ol, keçmişdə nə etmisən keçmişdə qalıb, seçici onun görüşünə gəlməməyi özünə təhqir və diqqətsizlik kimi qiymətləndirir və qutuda səni cəzalandırır.
2010-cu ildə isə A.Əliyevin qarşısında durmaq daha da çətinləşdi. Çünki bu 5 ildə A.Əliyev seçki dairəsində yaşayan hər bir ailənin üzvünə çevrildi. Hamı onu tanıdı. Buna baxmayaraq Aslan İsmaylov elə miqyaslı bir kampaniya apardı ki, A.Əliyevə həqiqətən də problemlər yaratdı. Mən o vaxt Aslan bəyin vəkili kimi Adil Əliyevin görüşlərini də izləyir, lazımı qeydlərimi edirdim.
Təəssüf ki, 2010-cu ildə də nəticəni dayişmək bizə qismət olmadı və Adil Əliyev 20-ci dairənin əbədi namizədinə çevrildi. Açıq etiraf etmək lazımdır ki, Adil Əliyev kimi məhz seçki kampaniyası, seçki texnologiyaları ilə seçici səsi toplayan deputat bugünkü parlamentdə bəlkə də yoxdur. Əsasən saxtalaşdırılmış protokollarla oraya yerləşdiriliblər. Təbii ki, elələri də var ki, bəlkə də qanuni seçkilər yolu ilə özü qalib gələ bilərdi. Ancaq onları da rejim eyni yolla ora salıb ki, dillərini lazım gələndə kəsə bilsin, gözükölgəli eləsin. Adil Əliyev bu baxımdan istisnadır, məncə...”.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024