Gündəm (2-04-2014, 22:45)
İcra başçısının bacısı oğlunun yüz minlik maşınları - FOTOLAR
Məmur övladlarının, onlara qohum olan şəxslərin öz təmtəraqlı həyatlarını sosial şəbəkələrdə nümayiş etdirmələri bizim meşşan xarakterli cəmiyyətimizin əsas xüsusiyyətlərindən birinə çevrilib.
Dəfələrlə mətbuat oliqarx məmur övladlarının dəbdəbə və həzzə hesablanan həyatlarını məhz sosial şəbəkələrdən ictimaiyyətin diqqətinə çatdırıb onları ictimai qınağın hədəfinə çevirsə də və hətta prezident İlham Əliyev bu barədə dəfələrlə məmurlara xəbərdarlıq etsə də, məmur övladları və onların qohumları öz «qudurğanlıqlarını» sosial şəbəkədə nümayiş etdirməkdən çəkinmirlər. Hətta demək olar ki, Azərbaycan cəmiyyətinin varlı təbəqəsini təşkil edən məmurların övladları öz «qudurğanlıqları» ilə sosial şəbəkələrdə yarışa giriblər.
Mediatv.az Pia.az-a istinadən belə məmurlardan birinin qohumunun sosal şəbəkəsini aşağıdakı linkdən oxucularının diqqətinə çatdırır.
Gördüyünüz bu gənc Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin bacısı oğlu Şamil Həsənovdur. Biz əlavə şərh vermək istəmirik. Hər şey özü-özünə aydındır. Hər halda Şamil Həsənov iddia edə bilməz ki, sürdüyü bu maşınları məhz öz qazancı ilə əldə edib. Əgər bunu iddia edəcəksə, o zaman Şamil Həsənov nə qədər , hansı yolla qazanğını və nə qədər vergi ödədiyini bəyan etmək məcburiyyətindədir. Hər halda onun sürdüyü maşınların hər birinin qiyməti bir professorun bütün ömrü boyu aldığı maaşdan artıqdır. Hələ onun hər gün nə qədər xərclədiyini, nələr geyinib, nələr yediyini və haralarda əyləncəylə məşğul olduğunu nəzərə almazsaq təbii ki…
Sumqayıtdan daxil olan məlumata görə icra başçısının bacısı oğlu heç bir qanuna məhəl qoymur. 3 ay əvvəl xaricdən gətirdiyi son model maşını hələ də xarici nömrə ilə sürür və yol polisləri onu narahat etməyə cəsarət etmirlər. Çünki… çünkisi aydındır. Bura Azərbaycandır. Amma hər bacıoğlunun da Adil Vəliyev kimi dayısı yoxdur…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024