Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (12-02-2014, 17:48)
Həyat yoldaşını qəbiristanlıqda güllələyən sabiq polis əməkdaşına hökm oxunub

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qəbiristanlıqda odlu silahla qətlə yetirən sabiq polis əməkdaşı Rövşən Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, R. Mehdiyev 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R. Mehdiyev Suraxanı rayonun Günəşli qəsəbəsindəki qəbiristanlıqda həyat yoldaşı Cəmilə Mehdiyevaya ov tüfəngindən atəş açaraq onu öldürüb.

Hadisədən sonra Rövşən Mehdiyev “102” xidmətinə zəng vuraraq törətdiyi əməl barəsində məlumat verib. Hadisə yerinə Suraxanı polisi gəlib. Rövşən könüllü polisə təslim olduqdan sonra cinayətdə istifadə etdiyi silahı da təhvil verib.

Rövşən Mehdiyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini deyib.

Araşdırmalar zamanı R. Mehdiyevin keçmiş polis əməkdaşı olduğu məlum olub. 

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024