Sosial (25-11-2016, 16:11)
AQRAR UNİVERSİTETİNDƏ QƏHRƏMANLARIN TƏBLİĞİ ADLI TƏDBİR KEÇİRİLİB - FOTOLAR
“Aydınlar ocağı” humanitar ictimai birliyi Azərbaycan respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə ADAU-da “Qəhrəmanların təbliği məqsədi ilə tələbələrin təşkili ” adlı tədbir keçirilib. Tədbir torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Mediatv.az: İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov qeyd edib ki, vətənpərvərlik hər bir milləti səciyyələndirən və onu başqa muillətlərdən fərqləndirən ən mühüm xüsusiyyətlərdəndir. Azərbaycan dövlətinin ən başlıca məqsədlərindən biri də insanları, xüsusi ilə gənclərimizin milli mənlik şurunun və onlarda vətənpərvərlik hisslərinin dünyəvi prinsiplərinin əsas formalarını qorumasıdır. Professor bildirib ki, ADAU-da tələbələr təkcə aqrar mütəxəssis kimi yox, həmçinin vətənpərvər bir mütəxəssis kimi yetişir və buna ciddi ə önəm verilir.
Sonra“Aydınlar ocağı” humanitar ictimai birliyinin sədri Vüqar Qədirov çıxış edib, Azərbaycan torpaqlarının tarixin müxtəlif dövrlərində erməni qəsbkarları tərəfindən işğala məruz qalması haqqında millətin başına gətirilən faciələrdən ətraflı danışıb . O, həmçinin 2016- cı ilin aprel döyüşlərində ordumuzun göstərdiyi şücaət ən bəhs edərək göstərib ki, biz torpaqlarımızı azad etməyə qadirik və eyni zamanda ali baş komandamızın ətrafında sıx birləşmişik.
Müzakirələr tələbə və müəllim kollektivi ilə birgə çay süfrəsi arxasında davam edib
